Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sahibkarın ölkədən çıxışına "stop" qoyulur
Sahibkarın ölkədən çıxışına "stop" qoyulurBu gün, 11:44 |
"Avirtoll" və "Avirstore" MMC-lərin qanuni təmsilçisi Şabani Kaşti İsmail Əziz oğlunun Azərbaycandan çıxışı məhdudlaşdırılır. Pravda.az-ın xəbərinə görə, K.Şabani ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib. Müraciətin mahiyyəti xususi icraat - vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat). Qeyd: MMC-lərdən birinin - "Avirstore"un dövlətə 6500 manat borcu var. Geri qayıt |