Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdiBu gün, 11:24 |
Ermənistan Baş naziri Nikol Paşinyan əvvəlcə erkən seçkilər, ardınca Konstitusiya dəyişikliyinə dair referenduma getməyə hazırlaşır. Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” yazır. Erməni nəşri bildirir ki, Bakı və İrəvan sülh müqaviləsinin bütün bəndələri üzrə şifahi razılığa gəlsə də, Azərbaycan Ermənistanda Konstitusiya dəyişikliyi olmadan sənədi imzalamaq istəmir. Bakının əsas tələbi Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılmasıdır. Mənbə Baş nazir Nikol Paşinyanın Prezident İlham Əliyevin bu yöndəki tələbini yerinə yetirməyə hazırlaşdığını vurğulayır: “Paşinyan anlayır ki, hazırda referendum keçirə və Konstitusiyaya dəyişiklik edə bilməz, ona görə də qarşıdan gələn seçkilərdə qalib gəlmək və bundan sonra Əliyevin tələbini yerinə yetirmək istəyir”. Geri qayıt |