Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr...

Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr...


Bu gün, 10:13
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr...
Minimum əməkhaqqının məbləği barədə bir çoxlarında yanlış bir anlayış vardır. Bir çoxları belə hesab edirlərki, istədikləri halda işçilərə Minimum əmək haqqı məbləğində - aylıq əmək təyin edilə bilərlər. Lakin, Azərbaycan Respublikasında əmək haqqı kimi-Minimum əmək haqqı təyin edilərkən aşağıdakı şərtlər mütləq nəzərə alınmalıdr:
1.İlk olaraq bildirmək istəyirəm ki, Minimum əmək haqqının məbləği - müvafiq qaydada Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən olunur və təyin edilir.
Hal hazırda Azərbaycan Respublikasıda aylıq Minimum əmək haqqı -345 manatdır. 01.01.
2025-ci ildən 400 manat olması gözlənilir.
2.İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi - aylıq minimum aylıq əmək haqqı miqdarından az olmayan məbləğdə haqq almaq hüququ var.
3. İdarə, müəssisə və təşkilatlarda-Minimum əmək haqqı yalnız maliyyə vəziyyəti ağır olan halda, ixtisassız əməyə və xidmətə görə ayrı -ayrı işçilərə tədbiq edilə bilər, bütün işçilərə deyil. Minimum aylıq əmək haqqının aşağı həddi təyin olunsa da, yuxarı həddi dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla, digər müəssisələrdə təyin olunmur.
4. Minimum əmək haqqı - iqtisadi, sosial və sair şərait nəzərə alınmaqla -qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
5. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
6 . Kollektiv müqavilələrdə və ya sazişlərdə qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqından daha yüksək məbləğ nəzərdə tutula bilər.
7. Əmək haqqı sistemi ilə nəzərdə tutulan: mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və sair ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.life)

Geri qayıt