Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab...
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab...Bu gün, 09:27 |
Ermənistanda Konstitusiyaya əlavə və dəyişikliklər qanunvericiliyə əsasən referendum, yəni ümumxalq səsverməsi yolu ilə həyata keçirilə bilər. Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib. Onun sözlərinə görə, referendumun keçirilməsi təşəbbüsü ilə çıxış edə biləcək hüquqi qurumlar və ya şəxslər bunlardır: "Ermənistan parlamentindəki deputatların üçdə biri, hökumət və ya seçki hüququna malik 200 000 vətəndaş. Hazırkı şəraitdə Paşinyan hökuməti referendum keçirməyi planlaşdırmır. Hökumət, ölkənin əsas qanunundakı müddəaların Azərbaycanla sülh sazişinə mane olmayacağı mövqeyindən çıxış edərək, lazım gələrsə, bu məsələyə Konstitusiya Məhkəməsinin münasibət bildirəcəyini bəyan edir. Bu isə hökumətin 2027-ci ilə qədər referendum keçirmək niyyətində olmadığını göstərir. Paşinyan Konstitusiya dəyişiklikləri ilə bağlı ölkənin əsas qanununa ediləcək dəyişikliklərin Ermənistanın daxili işi olduğunu bəyan edir. Beləliklə, rəsmi olmasa da, bununla bağlı Bakının təkliflərini qəbul etməkdən yayınır. Onun konstitusiya mətnindəki məlum müddəaları tənqid etməsi isə ölkənin əsas qanununda dəyişikliklərin ediləcəyinə zəmanət vermir. Qərb isə özünün bölgədəki maraqlarını təmin etmək üçün Paşinyan faktorundan faydalanmağa çalışır". Geri qayıt |