Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Azəravtoyol”a məxsus şirkət Gömrükdə "ilişdi"
“Azəravtoyol”a məxsus şirkət Gömrükdə "ilişdi"8-11-2024, 08:14 |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərkibindəki 17 №-Li Xüsusi Təyinatlı Yol İstismarı MMC məhkəməyə verilib. 32gun.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində 247.2-ci maddəsi ilə (Ətraf Mühitin Mühafizəsi, Təbiətdən Istifadə Və Ekoloji Təhlükəsizlik Qaydalari Əleyhinə Olan Inzibati Xətalarla bağlı)protokol tərtib olunub. Hazırlanmış protokol Abşeron Rayon Məhkəməsinə təqdim edilib. Hazırda məhkəmə işi hakim Şəfəq Məmmədova icraatındadır. 32gun.az-ın əldə etdiyi digər məlumata görə, sözügedən MMC-nin dövlətə külli miqdarda vergi borcu mövcuddur. Belə ki, 17 №-Lİ Xüsusi Təyinatlı Yol İstismarının vergi borcu 4180808.03 AZN-dir. Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan 17 №-Lİ XÜSUSİ TƏYİNATLI YOL İSTİSMArI MMC-nin qanuni təmsilçi Şahin Süleymanov Şahbaz Oğludur. Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinim sədri Saleh Məmmədovdur. Geri qayıt |