Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Qara siyahı"-nın ləğv olunması absurddur
"Qara siyahı"-nın ləğv olunması absurddur7-11-2024, 18:01 |
Artıq banklarda "qara siyahı" yoxdur. Xezerxeber.az-ın məlumatına görə, əgər vətəndaşın hazırkı maddi imkanı ödənişi etməyə imkan verirsə, ona kredit ayrılır. Banklar Assosiasiyasının baş iqtisadçısı Əzizağa Haqverdiyev bildirib ki, artıq banklarda xüsusilə tutulan "qara siyahı" yoxdur: İqtisadçı Xalid Kərimli deyib ki, adı "qara siyahı"da olan şəxslərə kredit verilir və bununla bağlı qadağa yoxdur. O, bankların müştərilərə kredit ayırarkən xüsusi diqqət yetirdiyi digər məqama da aydınlıq gətirib. Məsələni dəyərləndirən Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a açıqlamasında bildirib ki, əslində "qara siyahı" deyilən bir anlayış yoxdur: "Bunun yerinə, kredit tarixçəsi mövcuddur. Yəni, burada vətəndaşların götürdüyü kreditlərin tarixi açıqlanır. Bu siyahının qeydiyyatını isə Azərbaycan Kredit Bürosu aparır. Bank, bank olmayan kredit təşkilatı kiməsə kredit verərkən ora müraciət edirlər. Bununla həmin şəxslərin əvvəlki kreditlərini necə ödədiklərini gözdən keçirdirlər. Əgər borcun qaytarılmasında problem yaşanıbsa, krediti verməkdən imtina edirlər və yaxud az məbləğdə vəsait təqdim edilir. Ancaq qanunda belə bir məhdudiyyət yoxdur. Bu səbəbdən "qara siyahı"-nın ləğv olunması absurddur. Ümumiyyətlə, borcunu vaxtında ödəməyən biri bizdən pul istəsə, çox ehtimal, ən azı on dəfə fikirləşəcəyik. Bu təcrübədə bir növ ona bənzəyir". Geri qayıt |