Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir?

Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir?


7-11-2024, 19:00
Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir?
Xəbər verdiyimiz kimi, bu ilin ilk 8 ayı ərzində Bakıda yerləşən ünvanların daha birində – “Bakı şəhəri, Xətai rayonu, Xocalı ev 55”də qanuni təmsilçiləri, nizamnamə kapitalları və qeydiyyat tarixləri arasında bənzərliklər olan onlarla şirkət dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com xəbər verir ki, bu şirkətlərin bir çoxu riskli vergi ödəyicisi hesab olunsa da, Dövlət Vergi Xidmətinin açıqladığı məlumatlarda onlar riskli vergi ödəyiciləri sırasına daxil edilməyiblər.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Qərarının 2.1.8-ci bəndində göstərilir ki, beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu belə hüquqi şəxslər riskli vergi ödəyicisi hesab olunur.
“Bakı şəhəri, Xətai rayonu, Xocalı ev 55” ünvanında qeydiyyata alınan 18 şirkətin 3 nəfər və ya hər 6 şirkətin 1 nəfər qanuni təmsilçisi olub. Qeyd etdiyimiz kimi, belə olan halda (1 nəfər 5-dən çox şirkətə rəhbərlik etdikdə) bu şirkətlər Nazirlər Kabinetinin Qərarına görə riskli vergi ödəyicisi hesab olunur.
Lakin maraqlıdır ki, Dövlət Vergi Xidmətinin rəsmi saytında yer alan “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsində axtarış aparıldığı zaman adları aşağıda qeyd olunan şirkətlərin heç biri riskli vergi ödəyicisi kimi qeydə alınmayıb.

Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir?

Eyni zamanda Dövlət Vergi Xidmətinin rəsmi saytına yer alan “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” bölməsində də axtarış aparıldığı zaman adları aşağıda qeyd olunan şirkətlərin riskli vergi ödəyicisi olmadığı bildirilir.

Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir?
Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir?
Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir?

Geri qayıt