Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycana qarşı iddia geri götürülür?

Azərbaycana qarşı iddia geri götürülür?


7-11-2024, 17:45
Azərbaycana qarşı iddia geri götürülür?
Ermənistan Xarici İşlər Nazirliyi sülh müqaviləsi layihəsinin müzakirəsi çərçivəsində Azərbaycana qarşı iddiaların beynəlxalq məhkəmədən geri götürülməsi məsələsinin Bakı ilə razılaşdırılıb-razılaşdırılmaması ilə bağlı “Azadlıq” radiosunun (ABŞ) erməni xidmətinin sualına konkret cavab verməyib.

Teleqraf.com xəbər verir ki, qurum ictimaiyyətin sülh prosesi ilə bağlı lazımi qaydada məlumatlandırıldığını qeyd edib.

Ölkənin xarici siyasət idarəsi radionun sorğusuna belə cavab verib: “İctimaiyyət Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi, Ermənistanın mövqeləri, o cümlədən sülh müqaviləsinin maddələri barədə düzgün məlumatlandırılır”.

XİN-dən soruşulub ki, Azərbaycanla həmin ölkəyə qarşı qaldırılan iddiaların beynəlxalq məhkəmələrdən geri götürülməsi məsələsi müzakirə olunursa, Bakı da eyni prinsiplə Ermənistana qarşı qaldırılan iddiaları geri götürəcəkmi? Qurum suala cavab olaraq bildirib: “Sülh müqaviləsinin maddələri qarşılıqlılıq prinsipinə əsaslanacaq”.

Geri qayıt