Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənilər yenidən savaş ovqatında: AXI NƏYNƏN..?
Ermənilər yenidən savaş ovqatında: AXI NƏYNƏN..?Bu gün, 10:09 |
Son günlər yerli və xarici mediada Ermənistanın yeni ordu yaratması ilə bağlı xəbərlər yayılır. Bəzi ekspertlər bunun Azərbaycanla yeni müharibəyə işarə olduğunu bildirir, bəziləri isə belə bir ehtimalın olmadığını düşünür. Bəs görəsən Ermənistanın yeni ordu yaratmaqda əsas məqsədi nədir? Mövzu ilə bağlı, Sonxeber.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu sadəcə medianın diqqətini çəkmək üçün atılan bir addımdır: "Ermənistanın indiki məqamda Azərbaycanla təkbətək müharibə aparacaq gücü yoxdur. Təbii ki, Ermənistanda müəyyən vaxtlarda belə hərbi fəaliyyətlər olur. Hətta yeni ordu yaradılması ilə bağlı mətbuatın şişirtdiyi əsassız xəbərlər də olur. Təəssüf ki, bizim yerli mətbuatda da bu tipli məsələlər gündəm kimi təqdim edilir. Amma reallıq ondan ibarətdir ki, qeyd olunan dəstələr özünü müdafiə xarakterlidir ki, bunun bir bənzərini Türkiyədən misal gətirmək olar. Belə ki, Türkiyədə "Korucular"deyə bir dəstə var və onlar dağ kəndlərində terrorçularla mübarizə aparmaq üçün yaradılıb. Ermənistanda isə bu tipli dəstələr sadəcə mətbuatın diqqətini çəkmək üçün və ya "müharibəyə hazırlaşırlar"təəssüratı yaratmaq üçün qurulur. Reallıq isə ondan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında sülh prosesi gedir və bu, ikili danışıqlar fonunda baş verir. Yəni ortada heç bir vasitəçi yoxdur. Kənar qüvvələrin məsələyə təsir etməsini də Azərbaycan heç bir halda istəmir. Sülh prosesinin getdiyi bir zamanda mən Ermənistanın bu cür addım atacağını düşünmürəm. Bu, mərkəzi hakimiyyətin təşəbbüsündən çox kilsənin, lobbi və diasforanın yerli kəndlərlə apardığı layihələr əsasında ortaya çıxan bir haldır. Bunun heç bir reallıq payı yoxdur və ciddiyə alınacaq tərəfi də yoxdur" Geri qayıt |