Əsas Səhifə > Ana xəbərlər, Güney Press > BU NƏDİ BELƏ: Bu ünvanda onlarla şirkət qeydiyyata alındı

BU NƏDİ BELƏ: Bu ünvanda onlarla şirkət qeydiyyata alındı


Bu gün, 19:02
BU NƏDİ BELƏ: Bu ünvanda onlarla şirkət qeydiyyata alındı
Azərbaycanda hər il adları, hüquqi ünvanları, qanuni təmsilçiləri, nizamnamə kapitalları və qeydiyyat tarixləri arasında bənzərliklər olan yüzlərlə şirkət dövlət qeydiyyatına alınır.
Yeniavaz.com xəbər verir ki, bir çox hallarda bu şirkətlər vasitəsi ilə qanunsuz əməliyyatlar həyata keçirilir.
Məlumat üçün bildirək ki, daha əvvəl Yeniavaz.com saytında bu barədə çoxsaylı yazılar dərc olunub.
Məsələn, belə ünvanlardan biri “Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28”də yerləşir. Son zamanlar bu ünvanda yüzlərlə şirkət qeydiyyata alınıb. Bu ünvanda qeydiyyatda olan şirkətlərin adı bir sıra qanun pozuntuları və iqtisadi cinayətlərdə hallanıb. Bu cür ünvanlarda dövlət qeydiyyatına alınan şirkətlərin sonradan dövlət büdcəsinə böyük həcmdə vergi borcları da yaranır.
Qeyd edək ki, bu ilin ilk 8 ayı ərzində Bakıda yerləşən ünvanların birində də – “Bakı şəhəri, Xətai rayonu, Xocalı ev 55”də onlarla yeni şirkət dövlət qeydiyyatına alınıb. Əvvəlki şirkətlər kimi, bu şirkətlərin də adları, qanuni təmsilçiləri, nizamnamə kapitalları və qeydiyyat tarixləri arasında bənzərliklər var.

BU NƏDİ BELƏ: Bu ünvanda onlarla şirkət qeydiyyata alındı

Onu da bildirək ki, bu şirkətlər yeni yaranmalarına baxmayaraq artıq indidən riskli vergi ödəyiciləri sırasına qoşulublar.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Qərarının 2.1.8-ci bəndində göstərilir ki, beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu belə hüquqi şəxslər riskli vergi ödəyicisi hesab olunur.
Eyni şəxs “Bakı şəhəri, Xətai rayonu, Xocalı ev 55” ünvanında qeydiyyata alınan 5-dən çox şirkətin qanuni təmsiçisi olub.

Geri qayıt