Əsas Səhifə > Ana xəbərlər, Güney Press > AHİK sədri bu xanımı akademiyaya rektor əvəzi təyin etdi
AHİK sədri bu xanımı akademiyaya rektor əvəzi təyin etdi5-11-2024, 10:44 |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyindəki Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı AHİK-in sədri Sahib Məmmədov əmr imzalayıb. Hüseyn Qaraşov bu gün kollektivlə vidalaşıb. Sahib Məmmədovun digər əmri ilə akademiyanın rektoru vəzifəsi Nurəngiz Mikayılovaya həvalə olunub. Qeyd edək ki, N.Mikayılova AƏSMA-nın prorektoru vəzifəsində çalışıb. Geri qayıt |