Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Expressbank”da təyinat olub
“Expressbank”da təyinat olub5-11-2024, 09:50 |
“Expressbank” ASC-nin Müşahidə Şurasına yeni katib təyin edilib. Banker.az xəbər verir ki, Orxan Eyvazov M.Ş.-nin korporativ katibi təyin edilib. O.Eyvazov 2012-ci ildən bankda çalışır. Son iki ili şöbə müdiri kimi çalışıb. Hazırda bankın Müşahidə Şurasına Əfqan Cavadov, üzvlər isə Anar Hacızadə və Fuad Məmmədovdur. Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112.54 milyon manatdır. Bankın səhmlərinin 48.8 %-i “Azenco Group”a, 30.8%-i “Enerqoservis” MMC-yə, 20%-i Hafiz Seyidova, 0.4%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur. Geri qayıt |