Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Rusiya 2020-ci ildən etibarən Ermənistana xəyanət edir”

“Rusiya 2020-ci ildən etibarən Ermənistana xəyanət edir”


Bu gün, 09:30
“Rusiya 2020-ci ildən etibarən Ermənistana xəyanət edir”
“Rusiya 2020-ci ildən etibarən Ermənistana xəyanət edir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülkü müqavilə” fraksiyasının üzvü Qaqik Melkonyan deyib.

O, İrəvanla Moskva arasında sadəcə iqtisadi və ticarət əlaqələrinin möhkəm olduğunu bildirib:

“Rusiya ilə iqtisadi əlaqələrimiz var. Bu, Kremlin bizə hökm edəcəyi mənasına gəlmir. Sadəcə bizim deyil, Moskvanın da İrəvana ehtiyacı var. Ermənistan 2020-ci ilə kimi öz təhlükəsizliyini Rusiyaya bağlayıb. Bu ölkəni hər zaman təhlükəsizliyimizin qarantı hesab edirdik. Lakin 4 il əvvəl nə isə dəyişdi. Artıq onun müttəfiqi Azərbaycandır. Moskva artıq kəskin şəkildə Bakının maraqlarını müdafiə edir. Cermuk ətrafında döyüşlər olanda ruslar sərhəddən qaçmışdılar.

Təbii ki, Ermənistanla Türkiyə arasında sərhədlər açılacaq. İki müstəqil ölkə əlaqələr quracaqlar. Artıq bu ölkə sərhədimizdə də ruslar deyil, öz əsgərlərimiz xidmət edir”.

Qeyd edək ki, 2022-ci ilin sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan ordusu Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Nəticədə Cermuk ətrafında baş verən döyüşlərdə Azərbaycan ordusunun 80 hərbi qulluqçusu həlak olub, Ermənistan isə 224 itki verib.

Geri qayıt