Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub

“Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub


Bu gün, 11:00
“Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub
“Bank Avrasiya” ASC-nin İdarə Heyətinin üzvlərinin sayı artırılmışdır.

Banker.az xəbər verir ki, “Bank Avrasiya” ASC-də baş verən struktur dəyişikliyi ilə əlaqədar olaraq Müşahidə Şurasının qərarına əsasən İdarə Heyətinin sayı 3 nəfərdən artırılaraq 5 nəfərə çatdırılmışdır və Bankda yeni baş risk İnzibatçısı və Baş hüquq və İnsan resursları inzibatçısı vəzifələri təsis edilmişdir. Məlumata əsasən, Şıxıyeva Aynur Vaqif qızı Baş Hüquq və İnsan Resursları İnzibatçısı, Qədirov Nizami İsa oğlu isə Baş Risk İnzibatçısı təyin olunmuşdur.

Hər iki şəxsin uzun müddət bank sahəsində təcrübəsi vardır. Belə ki, Şıxıyeva Aynur Vaqif qızı elə “Bank Avrasiya” ASC yaradıldığı ilk gündən həmin Bankda əvvəlcə İnzibati İşlər departamentinin, daha sonra isə Hüquq Departamentinin Direktoru olmuşdur. Qədirov Nizami İsa oğlu isə əvvəllər “Access Bank” ASC-də Risklərin İdarə edilməsi sahəsində uzunmüddətli təcrübəyə malik olmuşdur.

Hazırda İdarə heyətinin strukturu belədir:
• Rüfət Kərimov Fuad oğlu (sədr)
• Səbinə Abbasova Məmməd qızı (üzv)
• Hürü Salxayeva Vaqif qızı (üzv)
• Aynur Şıxıyeva Vaqif qızı (üzv)
• Nizami Qədirov İsa oğlu (üzv)

Xatırladaq ki, “Bank Avrasiya” 71.8 milyon nizamnamə kapitalına sahibdir. Kapitalın 37.50%-i “Euro Standard” Şirkəti, 37.50%-i PMD Group-a, 25% -i isə “Azbizneskom” Şirkətinə məxsusdur.

Geri qayıt