Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Babayandan Bakıya sensasion şərt: Məhkumları verin, əvəzində…

Babayandan Bakıya sensasion şərt: Məhkumları verin, əvəzində…


Bu gün, 08:59
Babayandan Bakıya sensasion şərt: Məhkumları verin, əvəzində…
Samvel Babayan Azərbaycanın bizim əsirlərimizi (Bakıda həbsdə olan separatçı-terrorçular nəzərdə tutulur – red.) buraxacağı təqdirdə təxminən 4 min azərbaycanlının (Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar – red.) harada basdırıldığını söyləyəcəyini bildirib.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş Qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan yerli mediaya açıqlamasında deyib.

“Bu, zərərlidir. Azərbaycanlılar indi deyir ki, 4 min insanın nəşini qaytarın”, - deyə ekspert bildirib.

Qeyd edək ki, Azərbaycanın tələb etməsinə baxmayaraq, Ermənistan itkin düşən azərbaycanlılar haqda məlumat verməkdən imtina edir.

Geri qayıt