Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İran-İsrail gərginliyindən BİZ NƏ?

İran-İsrail gərginliyindən BİZ NƏ?


Bu gün, 08:06
İran-İsrail gərginliyindən BİZ NƏ?
İran-İsrail qarşıdurması Azərbaycan üçün də risklər vəd edir.
Toqquşma regional müharibəyə çevrilərsə:
- Cənubi Azərbaycandan köç dalğası ilə üzləşə bilərik;
- “Sionistləri Araz sahilində” axtaran SEPAH “İsrail bazaları” iddiası ilə qarşıdurmanı Azərbaycan üzərinə köçürməyə cəhdlər edə bilər: İranın Dəməşqdəki konsulluğu vurulanda Tehranda belə çağırışlar gündəmə gəlmişdi;
Sürünən gərginlik davam edərsə, Bakıya qarşı “İsrailin müttəfiqi” iddiası ilə ritorik hücumlar edilə bilər.
Bu risklərə qarşı Azərbaycanın sərhədlərini gücləndirməsi, paralel olaraq, neytral mövqeyini hər iki paytaxta yenidən xatırlatması zərurəti yarana bilər.

Asif Nərimanlı - Dia-az.Media

Geri qayıt