Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib

“Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib


Bu gün, 12:40
“Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük Təchizat” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

"Report"un əldə etdiyi məlumata görə, bu, Elgün Məhəmmədəlizadədir.

O, Bakalavr və Magistr təhsilini Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində alıb, Almaniyanın Hamburg şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirib, Böyük Britaniyanın Satınalma və Təchizat Zənciri sahəsində beynəlxalq sertifikatı olan CIPS sertifikatina sahibdir.

E.Məhəmmədəlizadə "PMD Group" MMC-də təchizat üzrə qrup rəhbəri, "Agro Food İnvestments" MMC-də Qrup Satınalma Meneceri, "Agrotrade Supply" MMC şirkətlər qrupunda Qrup Satinalma rəhbəri vəzifələrində çalışıb, "ATS Food" MMC-də Satınalma və Logistika üzrə Direktor müavini vəzifəsini icra edən Elgün Məhəmmədəlizadə təchizat zənciri, tədarük sahəsində 15 ildən yuxarı iş təcrübəsinə malikdir. O, bu təyinatdan əvvəl Aqrar Tədarük Təchizat ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. İngilis dilini bilir. Ailəlidir, 2 övladı var.

Geri qayıt