Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Kolleclərə direktor müavinləri təyin olunub

Kolleclərə direktor müavinləri təyin olunub


Bu gün, 11:16
Kolleclərə direktor müavinləri təyin olunub
Azərbaycanda bəzi kolleclərə direktor müavinləri təyin edilib.

Dia-az.Media xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, agentliyin müvafiq əmri ilə Elza Qurbanova Ağdaş Dövlət Humanitar Kollecinə, Firuzə Fərmanlı isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Elza Qurbanova 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə bakalavr təhsili, 2022-2024-cü illərdə isə ADA Universitetində “Təlim və tədrisin təşkili və metodikası” ixtisası üzrə magistratura təhsili almışdır. O, 2016-cı ildən müxtəlif təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Öyrədənlərin öyrədəni” proqramında iştirak edib.

Firuzə Fərmanlı 1994-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Pedaqogika və psixologiya” ixtisası üzrə bakalavr təhsili, 2006-2008-ci illərdə isə elə həmin ali təhsil müəssisəsində “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistratura təhsili alıb. O, 2009-2024-cü illərdə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə müəllim kimi çalışıb. F.Fərmanlı Azərbaycan Respublikasının Təhsil İnstitutunun “İnnovativ təlim üsulları” və “Təhsildə innovasiyalar və fəal təlim” mövzusunda təşkil etdiyi təlimlərdə iştirak edib.

Geri qayıt