Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma...

Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma...


Bu gün, 10:23
Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma...
“Ermənistanla Rusiya arasındakı münasibətlərdə problemlər var. İki ölkə onları həll etməyə çalışmalıdır”.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

“Ermənistan-Rusiya münasibətlərində problemlər var. Amma hesab edirəm ki, biz tarazlığı saxlamalı və bütün maneələri aradan qaldırmağa çalışmalıyıq”, - o bildirib.

M.Qriqoryan qeyd edib ki, izahı tam verilməyən bir çox problemlər meydana çıxır:

“Hesab edirəm ki, biz problemləri anlamağa və düzgün qərarlar qəbul etməyə çalışmalıyıq”.

Maraqlıdır, Ermənistanla Rusiya arasındakı münasibətlərdə problemlər hansı səbəblərlə bağlıdır?

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Paşinyan hakimiyyətdə olduğu müddətdə Ermənistanla Rusiya arasındakı münasibətlərdə problemlər davam edəcək:

“Ermənistanla Rusiya arasındakı münasibətlərdə problemlər məhz 2018-ci ildə Qərbyönümlü Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə başlayıb. O zamandan etibarən İrəvanla Moskva arasında problemlər artmaqdadır. Ümumiyyətlə, Rusiyanın Paşinyana münasibətinin kökündə bir sıra amillər dayanır.

Hesab edirəm ki, Paşinyanın hakimiyyətdə olduğu müddətdə Ermənistanla Rusiya arasındakı münasibətlərdə irəliləyişlər olmayacaq, əksinə problemlər artmaqda davam edəcək. Paşinyanın xarici siyasət kursu Ermənistanla Rusiya arasındakı münasibətlərinin əvvəlki vəziyyətə qayıtmasına imkan verməyəcək”.

Geri qayıt