Onlayn ticarətdə ƏDV vətəndaşa geri qaytarılsın - Deputatdan təklif
Vətəndaşlara aldıqları mallara görə nağdsız ödədikləri əlavə dəyər vergisinin (ƏDV) 17,5 faizi, nağd ödədikləri ƏDV-nin 5 faizi geri qaytarılır. Amma onlayn ödənişlərdə vətəndaşalara ƏDV-nin geri qaytarılması mümkün olmur. Məsələn, hər hansı əşyanı kreditlə alan şəxslərin çoxu aylıq ödənişi mağazaların kassasında yox, mobil tətbiqlər, terminallar və ya internet üzərindən onlayn ödəyir. Ödəyiciyə verilən elektron qəbzdə isə ƏDV-ni geri almaq üçün müvafiq bölmə olmur. Deputat - Onlayn ticarətdə ƏDV vətəndaşa geri qaytarılsın Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, "ƏDV geri al" layihəsi üzrə genişləndirmə həyata keçirilir: "Onlayn ticarətdə xüsusən də yerli şirkətlərin təklif etdiyi xidmət və malların satışı üzrə onlayn alış-verişdə ƏDV-nin geri qaytarılması məqsədəuyğun olar. Təbii ki, "ƏDV geri al" layihəsinin məqsədi plastik kartlardan daha çox istifadənin stimullaşdırılmasıdır. Onlayn alış-veriş praktiki olaraq yalnız plastik kartlar və ya köçürmələr vasitəsilə mümkündür. Bütün bunlarla yanaşı, xüsusən də onlayn ticarətin stimullaşdırılması və yerli şirkətlərin onlayn xidmət və mallarına tələbin artırılması üçün onlayn ticarətin də "ƏDV geri al" mexanizminə daxil edilməsi məqsədəuyğun olar. Bu, onlayn ticarətə marağın artmasına gətirib çıxarda bilər".
Ekspert: "Burada əsas məqsəd pul paylamaq deyil" İqtisadçı-ekspert Xalid Kərimli isə Sputnik Azərbaycan-a deyib ki, "ƏDV geri al" mexanizminin əsas məqsədi insanları onlayn ticarətə, kartla ödənişə, alınmış mala görə çek tələb etməyə təşviq etməkdir: "Burada əsas məqsəd insanlara pul paylamaq deyil, nağdsız ödənişlərə marağı artırmaqdır. Nağd ödənişlərdə vergidən yayınma potensialı böyükdür. Amma onlayn ticarətdə vergidən yayınma ehtimalı yoxdur, onlayn ticarət birbaşa banklar üzərindən həyata keçirilir. Ona görə də onlayn ticarətdə ƏDV-nin geri qaytarılması ilə bağlı qanunvericiliyi dəyişdirməyə ehtiyac yoxdur". Dövlət Vergi Xidməti: "ƏDV geri al" layihəsi nağdsız ödəmələrin xüsusi çəkisini artırıb Qeyd edək ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan "ƏDV geri al" mexanizminin tətbiqi uğurla davam edir. 2024-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 145 milyon 803 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb. Qeyd edilib ki, "ƏDV geri al" layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Bundan başqa, "ƏDV geri al" layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam edir. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan məbləği 19,2 milyon manatdan çox olub.
ƏDV-ni necə geri qaytarmalı? Xatırladaq ki, yeni nəsil nəzarət-kassa aparatları mövcud olan ticarət və ictimai iaşə obyektlərində, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə), tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə edilən ödənişlər üzrə çekləri almaq lazımdır. Neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisnadır, yəni bu məhsulların alışı zamanı ödənilən ƏDV geri qaytarılmır. İstehlakçı şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə edvgerial.az portalında qeydiyyatdan keçməlidir. Bu zaman portalda elektron kabinet yaradılır. Ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 rəqəmli fiskal ID-ni daxil edin və ya skan etmək imkanı verən mobil əlavə ilə çekin üzərində olan QR kodu oxudun. Fiskal ID - simvollardan ibarət unikal identifikatordur, çekin üzərində çap olunması zəruri olan məlumatlardır. 30 gün sonra elektron kabinetinizdə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i əks olunacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
Bu gün, 12:38 |
|
|
|
• "Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb - DETALLAR
Bu gün, 12:36 |
|
|
|
• “Ferrum Kapital”ın problemləri - Bir gündə eyni məhkəmədə səkkiz iddia qaldırılıb...
Bu gün, 12:28 |
|
|
|
• Paşinyanın rədd edilən istəyi: - Bakıya buna görə gəlmədilər
Bu gün, 12:24 |
|
|
|
• NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək
Bu gün, 12:20 |
|
|
|
• Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18 |
|
|
|
• Güneyli fəal həbs edildi
Bu gün, 12:09 |
|
|
|
• "Siz kimdən çəkinirsiniz? Fuad Nəcəflidən?" - BU NƏDİ BELƏ?..
Bu gün, 12:07 |
|
|
|
• Dövlət fondu ofis icarəyə götürdü - MƏBLƏĞ
Bu gün, 12:01 |
|
|
|
• Taksi şirkətlərinin PUL OYUNU... - necə qorunaq?
Bu gün, 11:58 |
|
|
|
• Emin Ağalarov qonorarını açıqladı - 100 000 avro...
Bu gün, 11:55 |
|
|
|
• Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
Bu gün, 11:52 |
|
|
|
• "İşlə təmin olunmağıma sevinsəm də, bu sevincim uzun çəkmədi..." - NARAZILIQ VAR...
Bu gün, 11:45 |
|
|
|
• Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub - FOTO
Bu gün, 11:40 |
|
|
|
• “Nar”dan “Sərfəli cümə” təklifi – 50% endirimlə smartfon əldə et!
Bu gün, 11:34 |
|
|
|
• Moskva Ukraynaya qarşı yeni silahlar işə salır - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• Polkovnikin oğlu ev dustaqlığına buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24 |
|
|
|
• Sərkisyan Bakının hədəfində: - İrəvandan həbs mesajı gəldi
Bu gün, 11:23 |
|
|
|
• “Şeirlərim dərsliklərə düşür, kitablarım hamısı alınıb” - Elza Seyidcahan
Bu gün, 11:07 |
|
|
|
• “Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi - həkimlər zorla xilas edir…
Bu gün, 11:00 |
|
|
|
• "BMT-nin qətnamələrini görməzdən gələn müstəmləkəçilər... ada dövlətlərinin sərvətlərini istismar edir"
Bu gün, 10:58 |
|
|
|
• Azərbaycan büdcəsinə neft gəlirləri azalacaq: - bunun iqtisadiyyata təsiri necə olacaq?
Bu gün, 10:57 |
|
|
|
• “Alim olan da, olmayan da eyni maaş alır” – Deputatdan nazirin fikirlərinə REAKSİYA
Bu gün, 10:54 |
|
|
|
• Ermənistan Qarabağdan gedən erməniləri qoynuna alır - Bitdi bu iş...
Bu gün, 10:52 |
|
|
|
• Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında hər hansı ekstremizm faktı aşkar etməyib
Bu gün, 10:49 |
|
|
|
• Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
Bu gün, 10:48 |
|
|
|
• Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR
Bu gün, 10:36 |
|
|
|
• Nərimanov İH və “Gold Məkan” yenidən hakim qarşısında - BUNA GÖRƏ...
Bu gün, 10:34 |
|
|
|
• "Vətəndaş A" serialında söyüş açıq formada verilib? - Rejissordan CAVAB
Bu gün, 10:33 |
|
|
|
• ABŞ səfiri söylədi, İrəvan etiraf etdi - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• “Səmimi fransız dostluğunun” acı meyvələri - bəs “balaca bacını” necə aldada bildin?
Bu gün, 10:25 |
|
|
|
• Oğuzda Şəhid ailəsi buna görə narazıdır - "...ayrıseçkilik edilir"
Bu gün, 10:20 |
|
|
|
• Xalq artisti Dubayda belə dincəlir - VİDEO
Bu gün, 10:12 |
|
|
|
• "Elmi adlara əsaslanan mövcud sistemin ciddi problemləri var" - FAKT BUDUR!
Bu gün, 10:09 |
|
|
|
• “Milli azlıqlar hesabatı”nın arxasındakı qara niyyət - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:04 |
|
|
|
• Xanəndə Ramiz Bəşirov vəfat edib - VİDEO
Bu gün, 10:00 |
|
|
|
• Balıqçılar nazirdən şikayətçi düşüb... - "Qaydalar sərtləşdikcə..."
Bu gün, 09:56 |
|
|
|
• Yediyimizi ZƏHƏRƏ DÖNDƏRİRLƏR... - bu gün mühakimə olunacaq...
Bu gün, 09:51 |
|
|
|
• Ustanı döyən “Chrysler”in sahibinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:41 |
|
|
|
• Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizi sülh sazişindən çıxarılıb? - Görünəni odur ki...
Bu gün, 09:35 |
|
|
|
• Yeni təcavüz planı belə imiş: Sağ qalmaq üçün ayrılmaq... - Şok faktlar ortaya çıxdı
Bu gün, 09:33 |
|
|
|
• Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyülüb - “Azad İran”
Bu gün, 09:26 |
|
|
|
• "Dili korlayan ilk növbədə mövcud akademik mühitdir..." - Akademşəbəkəyə NÖVBƏTİ İTTİHAM
Bu gün, 09:21 |
|
|
|
• “Modern Construction Group”un kapitalından 1.6 milyon manat geri götürüldü
Bu gün, 09:07 |
|
|
|
• İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
Bu gün, 09:06 |
|
|
|
• Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
Bu gün, 09:00 |
|
|
|
• Bu sual həm də o səbəbdən maraqlıdır ki... - Ekspert danışır...
Bu gün, 08:56 |
|
|
|
• Nazirin sensasion eyhamı: cərimələr yığılıb hara gedir? - GƏLİŞMƏ
Bu gün, 08:52 |
|
|
|
• "Məndən 1000 manat RÜŞVƏT İSTƏYİR..." - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
|