Əsas Səhifə > Gündəm, Manşet > Zaqatalada bir kəndin yollarına ayrılmış 30 min manatı kim "yeyib"?

Zaqatalada bir kəndin yollarına ayrılmış 30 min manatı kim "yeyib"?


11-02-2016, 08:33
Zaqatalada bir kəndin yollarına ayrılmış 30 min manatı kim "yeyib"?
DİA.AZ: - Zaqatala rayonu Bəhmətli kənd sakini Durmuşova Gülbənd Mütəlif qızı bələdiyyə sədri Nailə Qurbanovanın Dünya Bankının yol təmiri üçün ayırdığı 30.000 manat pulun mənimsədiyini iddia edir. Gülbənd Durmuşova tərəfindən DİA.AZ-a göndərilən şikayəti olduğu kimi təqdim edirik:

“Zaqatala rayonu Bəhmətli bələdiyyəsinin sədri Nailə Qurbanova Dünya Bankı tərəfindən kənd yolunun təmiri üçün ayrılmış 30.000 manat pulu mənimsəmişdir. Belə ki, Bəhmətli kəndinin əkin-biçin üçün münbit torpaqları olsada suvarmaq üçün su olmadığından kənd camaatı torpaqları əkə bilmirlər. 2015-ci ilin sentyabr ayı tarixində kənd mədəniyyət evində keçirilən iclas zamanı su probleminin həll edilməsi üçün Alazan çayından kəndə suyun çəkilməsi məsələsi qaldırılsada bələdiyyə sədri Nailə Qurbanovanın təkidi ilə su problemi arxa plana keçirildi və 8 km uzunluğunda olan yolun təmiri məsələsinə baxıldı. Dünya Bankının ayırdığı 30.000 manat puluda yol təmir edilməsi adı ilə bələdiyyə sədri Nailə Qurbanova mənimsədi. 8 km yola isə cəmi 7-8 maşın çınqıl və müəyyən hissəsinə isə tullantı daş-kəsək səpilməklə işlərini bitmiş hesab etdilər.30.000 manatlıq işin icrasınıda bələdiyyə sədrinin həyat yoldaşı Qüdrət Kiçikov həyata keçirirdi.30.000 manat pul ayrılmış təmir işinə 7-8 maşın çınqılın istifadə etməklə qalan pulun mənimsənilməsi cinayət əməlidir.Hazırda isə həmin yol tamamilə bərbad vəziyyətdədir.Kəndin mal-qara otarmaq üçün örüş torpaqları yoxdur ki, hamısını bələdiyyə sədri Nailə Qurbanova icarəyə verib pul qazanmaqla məşğuldur.Bəhmətli kənd camaatı həmişə maldarlıqla, taxılçılıqla, qarğıdalı, tütün əkməklə məşğul olub .Ancaq indi bələdiyyə sədri Nailə Qurbanovanın qanunsuz fəaliyyəti nəticəsində Bəhmətli kəndində təsərüfat iflic olmuşdu”

Daha sonra şikayətçi Gülbənd Durmuşova dia.az-a yazır: ”Dünya Bankının ayırdığı 30.000 manat pulun bələdiyyə sədri Nailə Qurbanova tərəfindən mənimsəməsi faktı barədə Prezidentə şikayət ərizəsi ilə müraciət etmişik. Prezident cənab İlham Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsi üçün müvafiq sərəncamlar, tapşırıqlar versədə Zaqatala rayonunda bunlara əməl olunmur. Mən Bəhmətli kənd icma qrupunun üzvü kimi Prezident cənab İlham Əliyevdən xahiş edirəm göstərdiyim faktların yerində araşdırılıb təcili tədbirlər görülməsinə tapşırıq verəsiniz”.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Zaqatalada bir kəndin yollarına ayrılmış 30 min manatı kim "yeyib"?
Zaqatalada bir kəndin yollarına ayrılmış 30 min manatı kim "yeyib"?

Geri qayıt