Əsas Səhifə > Gündəm, Manşet > Cinayətkar dəstənin tərəfdaşı Dillər Universitetini idarə edir

Cinayətkar dəstənin tərəfdaşı Dillər Universitetini idarə edir


5-02-2016, 10:15
Cinayətkar dəstənin tərəfdaşı Dillər Universitetini idarə edir
DİA.AZ: - Azərbaycan Dillər Universiteti ölkə mətbuatında Səməd Seyidovun rəhbərliyi dövründə bir sıra qalmaqallı hadisələrlə gündəmin mövzusu olub. Qeyd edək ki, S.Seyidov rektor vəzifəsindən azad olunduqdan sonra bu vəzifəyə təyinat olmayıb. Universitetdə idarəçilik sistemi demək olar ki, hazırda mövcud deyil. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Daha sonra məqalədə qeyd olunur: “Dillər Universitetini hal-hazırda insan resursları departamentinin müdiri Dürdanə Əiyevə idarə edir.

Bu ali təhsil ocağına işə qəbul olunmaq istəyən kadrlar onun “tələbləri”nə cavab vermək məcburiyyətində qalırlar. Universitetə müəllim qəbulu Səməd Seyidovun qoyduğu “tarif”lə həyata keçirilir. Bu səbəbdən də universitetə hələ də rektor təyinatının olmaması “otdelkadra” sərf edir. İşə qəbul olunmaq üçün D.Əliyevaya yaxınlaşan şəxsin savadının olub-olmamasından asılı olmayaraq müəyyən məbləğdə rüşvət tələbi ilə qarşılaşır”.

Mənbə dia.az-a yolladığı yazısında qeyd edir ki, Dürdanə Əliyeva birilərinin onun səsini yazmasından ehtiyat edərək, məbləği kiçik kağız parçasının üzərində qeyd edir:

“Beləliklə, bu şəxs özünü bu cür cinayət halından sığortalamış olur. D.Əliyeva təkzib edərsə, bununla bağlı videogörüntünü ictimailəşdirmək məcburiyyətində qalacağam”.

Mənbə daha sonra qeyd edir ki, universitetə müəllim təyin olunmaq üçün qiymət 5000-7000 AZN arasında dəyişir:

“Bu da həmin müəllimi kimin tapşırmağından asılı olaraq dəyişir. Əgər müəyyən yuxarı qurumdan tapşırıq olarsa, qiymət aşağı salınır”.

Redaksiyamıza bu məlumatı göndərən şəxs universitetdəki müəllimlərin bilik səviyyələrinə də diqqət çəkərək qeyd edir ki, əgər xarici dilləri tədris edən müəllimlər obyektiv attestasiya imtahanından keçməli olsalar nəticələr çox biayabırçı olar və universitetin keçmiş rəhbərliyinin və insan resursları departamentinin rəhbərinin çirkin əməlləri ortaya çıxar.

Mənbə daha sonra qeyd edir ki, Dürdanə Əliyeva sabiq prorektor Elsevər Həmidzadə, Səbuhi Cəfərov və baş mühasib Abuzər İsgəndərovla universitetdə baş vermiş qanunsuzluqların təşkilində əlbir olub:

“Qeyd edim ki, 09.01.2015 ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin Hakimlər kollegiyasının qərarı ilə Səbuhi Cəfərov 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, sabiq prorektor Elsevər Həmidzadə və baş mühasib Abuzər İsgəndərov isə 3 il müddətinə şərti cəzaya məhkum edilib. Dürdanə Əliyeva isə məsuliyyətdən yayınmağa nail ola bilib”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt