Əsas Səhifə > Gündəm, Manşet > Daha bir jurnalistin həyatı təhlükə altındadır

Daha bir jurnalistin həyatı təhlükə altındadır


28-01-2016, 09:35
Daha bir jurnalistin həyatı təhlükə altındadır
DİA.AZ: - Daha bir jurnalistimizin həyatı təhlükə altındadır. DİA.AZ bildirir ki, bir neçə gün əvvəl xəstəxanaya ürəyindəki problemlər səbəbindən aparılan AZ.TV-nin bölgə müxbiri Sənan Həsənoğlunun durumu daha da pisləşib.

Xatırladaq ki, Sənan Həsənoğlu bu il ikinci dəfə infarkt diaqnozu ilə xəstəxanaya aparılıb. Hazırda isə həmkarımızın ciddi həkim nəzarətinə ehtiyacı olsa da, məhz müalicə prosesinin kifayət qədər bahalı olması səsəbindən bu gün həmkarımız ev şəraitində müalicə almaq zorunda qalıb.

Bildirək ki, artıq Sənan Həsənoğlunun adından onun həmkarları prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya müraciət hazırlayırlar.

Sənan Həsənoğlunu yenidən sıralarımızda görmək ümidilə DİA.AZ saytı olaraq həm də ölkənin imkanlı şəxslərindən də dəstək umuruq...

Geri qayıt