Əsas Səhifə > Gündəm, Manşet > Bu qurumun əməkdaşları "sahibkar ovu"nu davam etdirir...

Bu qurumun əməkdaşları "sahibkar ovu"nu davam etdirir...


27-11-2015, 08:52
Bu qurumun əməkdaşları "sahibkar ovu"nu davam etdirir...
Moderator.az - a mötəbər mənbələrdən ilginc məlumat daxil olub.

Bildirilir ki, prezident İlham Əliyevin sahibkaraların hüquqlarının qorunması istiqamətindəki tapşırıqlarından və göstərişlərindən ürəklənərək yerə - göyə sığmayan bir qurup sahibkarın sevinci heç bircə həftə də çəkməyib.

Belə ki, Ərəbzəngi kimi gəlib yollarının üstündə "post" quran vergi müfəttişləri paytaxtın bir sıra iaşə obyektlərində, xüsusən də restoran, kafe və şadlıq saraylarında yoxlamalara başlayaraq hamının çörəyinin ərşə çəkilməsinə səbəb olublar...

Məsələni Moderator.az - a danışan bir şahid təsdiqləyib ki, Xətai rayonu ərazisindəki adı məhşur bir sıra restoranda dostlarla birlikdə əylənmək istəkləri ona görə reallaşmayıb ki, sadəcə restoran sahibləri və ya inzibatçılar onlara yalvararaq dərhal ərazidən uzaqlaşmağı xahiş ediblər ki, amanın bir günüdür, vergi müfəttişləri gəlib xronometraj qoyublar ki, filan qədər pulu vergidən yayındırmısınız, ya düşün bura, ya da sizi müştəri üzünə həsrət qoyacağıq.

Bildirilir ki, "Radiozavod" ərazisindəki bir çox restoran və şadlıq saraylarında bir neçə gündür ki, bəlli səbəblərdən ölü sükut hökm sürür və müştərilər müxtəlif yollarla ya qapıdan qaytarılır, ya da tanış - bilişə əvvləcədən məlumat verilir ki, vergi müfəttişləri gedənədək o həndəvərə üzükməsinlər.

Mənbəmiz belə vəziyyət hökm sürən 30 - adək obyekltin olduğunu bildirdi və yalnız "Sarıqaya", "Mirvari", "Ağdam", "Nargilə" kafe - restoranların adlarını çəkməklə kifayətləndi...

Geri qayıt