Əsas Səhifə > Gündəm, Manşet > "Dubay macəraları" Saleh Məmmədova necə mane olur...

"Dubay macəraları" Saleh Məmmədova necə mane olur...


24-11-2015, 08:40
"Dubay macəraları" Saleh Məmmədova necə mane olur...
DİA.AZ: - Keçən günlərdə "Azəryolservis" ASC-nin sədr əvəzi Saleh Məmmədov nədən hələ də sədr kimi təsdiq olunmaması ilə bağlı suala aydınlıq gətirməyə çalışdıq. Xatırladaq ki, hələ bu ilin fevral ayında prezidentin sərəncamı ilə "Azəryolservis" ASC-nin sədri postunu tutan Cavid Qurbanov vəzifəsindən azad edilərək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olundu. Cavid Qurbanovun əvvəlki vəzifəsi isə Saleh Məmmədova həvalə olundu.

Amma aradan az qala bir ilə yaxın vaxtın keçməsinə baxmayaraq Saleh Məmmədov hələ də əvəzedici kimi çıxış etdiyi vəzifədə yerini rəsmiləşdirə bilməyib. DİA.AZ-a daxil olan informasiyalardan aydın olurdu ki, bu, səbəbsiz deyilmiş.

Belə ki, redaksiyamızı bilgiləndirən mötəbər mənbənin iddialarına görə, Saleh Məmmədovun əvvəlki "qayğısız" həyatı və ona qarşı kompramat xarakterli faktların həddən-ziyadə olması bu durumda sədr əvəzinin sədr kimi təsdiqlənməsini əngəlləyir.

Mənbənin dia.az-a söylədikləri: "Saleh Məmmədov dünənə qədər kef məclislərinə meyilli bir fiqur kimi tanınıb. Hətta bunu sübutlayan dəlillər əksər ünvanlar tərəfindən "yuxarılara" da təqdim olunub. Belə bir şəraitdə barəsində fərqli xarakterli materialların ictimailəşəcəyi mümkün olan Saleh Məmmədovun mövqeyinin rəsmiləşməsi də imkansıza çevrilir".

Onu da bildirək ki, mənbə dia.az-a Saleh Məmmədovun Dubayda iştirak etdiyi kef məclislərindən birinin rəsmini təqdim edib. Lakin etik normalara uyğun olmadığından biz həmin fotonu ictimailəşdirmədik.

Amma bu arada DİA.AZ-a yeni informasiyalar da daxil olub. Sən demə, hazırki durumu ilə bağlı kifayət qədər gərginlik keçirən Saleh Məmmədov sədr kimi təsdiq olunması üçün nəqliyyat naziri Ziya Məmmədovdan da kömək istəyib. Amma ona olğun cavab verilmədiyini deyən mənbə bildirir ki, hələ özünün karyerasının aiqbəti sual altında olan Ziya Məmmədovun bu gün kiməsə dəstək verə bilməsi də imkansızdır.

Mənbənin dia.az-a söylədikləri: "Ziya Məmmədov son bir ildə ancaq itirən tərəfdir. Ona olan etimad kifayət qədər zədələnib. Bunun nəticəsini elə parlament seçkiləri zamanı da gördük. Proses hələ bitməyib və dabamı olacaq. Belə bir cituasiyada özünü Ziya Məmmədovun komandasının bir fərdi kimi hiss edən Saleh Məmmədovun "Azəryolservis"də 1-ci adama çevrilməsi də ağlabanat deyil".

Məhz bu məqamı nəzərə alan Saleh Məmmədovun rəqibləri də bu gün Ziya Məmmədovun yola salınmasını səbirsizliklə gözləyirlər: "Əgər proses uzanarsa və Ziya Məmmədov postunda qalarsa, o zaman rəqibləri Saleh Məmmədova həlledici zərbələrini də vura bilərlər. Bu kompramat savaşında isə Saleh Məmmədova yaxşı nəsə vəd olunmur. Çünki onun Dubay macəraları olub ki, bu macəralar da bu gün də karyerası ilə bağlı qəti qərarın verilməsini əngəlləyir".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt