Əsas Səhifə > Gündəm, Manşet > “Qaçqınkom Pənah Əliyev”in aqibəti…

“Qaçqınkom Pənah Əliyev”in aqibəti…


4-11-2015, 08:23
“Qaçqınkom Pənah Əliyev”in aqibəti…
Bir müddət əvvəl biz məlumat vermişdik ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənovun nəvələrinin dəbdəbəli həyat tərzi ilə bağlı fotolar mətbuata Pənah Əliyev tərəfindən ötürülüb. Əli Həsənov bunu biləndən sonra onunla Pənah Əliyev arasında ciddi mübahisə olub. Və sonda departament rəhbəri Pənah Əliyev tutduğu vəzifədən azad olunub. Bu gün redaksiyamıza nazir nəvələri ilə bağlı yeni məlumat daxil olub.

Məlumatdan bəlli olur ki, Əli Həsənovun nəvələri və onların dostları neçə vaxtdır ki, Bakıda dəbdəbəli həyat sürərək, gecə klublarında milli-mənəvı dəyərlərimizə uyğun olmayan işlərlə məşğul olur, tüfeyli həyat sürən xanımlarla görüşürlər.

Bir sözlə, məmur balaları ölkə rəhbərliyinin sözlərindən nəticə çıxartmaq əvəzinə, əksinə bu yoldan dönmək fikrində deyillər. Məlumat üçün bildirək ki, Əli Həsənovun nəvələrinin dostları arasında hətta polis işçiləri də var. Qafqaznews.az-ın məlumatına görə onlardan biri, Polis Akademiyasının 1- ci kurs tələbəsi, 20-ci ci polis bölməsinin əməkdaşıdır. Gecələr barlarda “xidmət” edən bu polis işçisi və onun polis atası barədə maraqlı məlumatlarla növbəti yazıda tanış olacaqsınız. Yeri gəlmişkən, üzümüzü Baş nazirin muavini Əli Həsənova tutaraq deyirik ki, nəvələri ilə bağlı məsələyə aydınlıq gətirsin.






“Qaçqınkom Pənah Əliyev”in aqibəti…
“Qaçqınkom Pənah Əliyev”in aqibəti…
“Qaçqınkom Pənah Əliyev”in aqibəti…
“Qaçqınkom Pənah Əliyev”in aqibəti…
“Qaçqınkom Pənah Əliyev”in aqibəti…
“Qaçqınkom Pənah Əliyev”in aqibəti…
“Qaçqınkom Pənah Əliyev”in aqibəti…
“Qaçqınkom Pənah Əliyev”in aqibəti…
“Qaçqınkom Pənah Əliyev”in aqibəti…
“Qaçqınkom Pənah Əliyev”in aqibəti…
“Qaçqınkom Pənah Əliyev”in aqibəti…
Geri qayıt