Əsas Səhifə > Gündəm, Manşet > Prezidentin son sərəncamları nədən xəbər verir?
Prezidentin son sərəncamları nədən xəbər verir?3-09-2015, 10:00 |
DİA.AZ: - Dünən prezident İlham Əliyev nəhayət gözlənilən bir sıra kadr islahatlarına sərəncam verdi. Məlum olduğu kimi, prezidentin sərəncamına əsasən Səbail rayon icra hakimiyyətinə rəhbərlik edən Asif Əsgərov Nəsimi RİH başçısı postuna, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov Səbail RİH rəhbərliyinə, Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt ŞİH başçısı postuna təyin olundular. Bununla yanaşı, prezident İlham Əliyev dünənə qədər Abşeron RİH-də başçının müavini postunu tutan İradə Gülməmmədovanı eyni qurumun rəhbərliyinə təyin etdi ki, bu da hakimiyyətin yeni siyasətinin təcəssümü kimi təəssürat yaratmış oldu. Elə özünün icra başçısı kimi ilk açıqlamasında da İradə xanım prezidentin ona göstərdiyi etimadı doğruldacağını bildirməsilə də yeni siyasi kursa ayaq uyduracağını elan etmiş oldu. DİA.AZ bildirir ki, əslində bu təyinatlardan hakimiyyətin öz kadrlarının potensiallarından hansı dərəcədə istifadə etməyə çalışdığı da aşkar şəkildə hiss olunandır. Məsələn, Səbailin icra başçısı Asif Əsgərovun daha iri rayona - Nəsimiyə rəhbər göndərilməsi prezidentin cənab Əsgərova olan etimadının artmasından xəbər verir. Səbail rayonuna Sumqayıt kimi iri şəhərdən başçı gətirilən Eldar Əzizovun isə hansı etimada layiq görüldüyünü də təxmin etmək çətin deyil. Məlumdurdur ki, Səbil ölkənin ən strateji dövlət qurumlarının yerləşdiyi bir rayondur və bu rayonun rəhbərliyi heç bir zaman sıradan biriisinə həvalə olunmur. Eldar Əzizov isə özünü zamanında kifayət qədər etibarlı, həmçinin etimad ünvanı olan bir fiqur kimi tanıtdığından Asif Əsgərovun ardından Səbailin açarları ona həvalə olundu. Yəni bu o deməkdir ki, Eldar Əzizov prezidentin yanında ona olan etimadı daha da artırıb. Bu isə növbəti karyera yüksəlişindən xəbər verməkdədir. Abşerondan Sumqayıta təyinat alan Zakir Fərəcov da prezidentin yanında mövqelərini möhkəmləndirə bilmişlərdən hesab olunur. Hər halda, dünənki sərəncamda da bu öz əksini tapdı. Burada isə tək vəzifəsiz qalan - Nəsimi rayonunun keçmiş icra başçısı Nəsib Məhəməliyevlə bağlı hansı planın olmasından asılı olmayaraq görünəni odur ki, artıq Nəsib müəllimin icra başçısı karyerasına son qoyulub. DİA.AZ Təhlil Mərkəzi Geri qayıt |