Əsas Səhifə > Gündəm > Davudoğlu koalisiya hökuməti ilə bağlı danışıqlara başladı

Davudoğlu koalisiya hökuməti ilə bağlı danışıqlara başladı


13-07-2015, 16:14
Davudoğlu koalisiya hökuməti ilə bağlı danışıqlara başladı
Türkiyənin baş naziri Əhməd Davudoğlu koalisiya hökumətinin yaradılması ilə bağlı Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilə danışıqlara başlayıb.

Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata əsasən, daha sonra Baş nazirlə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı və Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Demirtaşla görüşü gözlənilir.

Ədalət və İnkişaf Partiyası (AKP) ilə CHP kursunun bir-birinə zidd olmasına baxmayaraq, hər iki partiya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüskarı olduğu və 2009-cu ildə başlayan kürd probleminin demokratik həllinə eyni münasibət göstərir.

AKP və CHP arasında əsas fikir ayrılığı ölkənin xarici, xüsusilə Ankaranın Suriyaya qarşı siyasəti ilə bağlıdır.

CHP həmişə hakim partiyanın Suriya siyasətinə qarşı olub, Suriya qaçqınlarının ölkədən çıxarılmasını, həmçinin bu ölkə ilə sərhədlərin bağlanmasını tələb edib. Koalisiya hökuməti yaratmaq üçün bu partiyalara mane olan əsas məsələ də budur.

Geri qayıt