Əsas Səhifə > Gündəm, Manşet > Miqrasiya Xidmətinin rəisi “İlk İnşaat” şirkətinə “krışa”lıq edir..?

Miqrasiya Xidmətinin rəisi “İlk İnşaat” şirkətinə “krışa”lıq edir..?


7-07-2015, 09:34
Miqrasiya Xidmətinin rəisi “İlk İnşaat” şirkətinə “krışa”lıq edir..?
Ölkə mətbuatında “İlk İnşaat” tikinti şirkətində baş verən qanunsuzluqlarla bağlı çox ciddi yazılar dərc olunur.
Gundelik-baku.com saytı yazır ki, şirkətdə işləyən fəhlələr maaşlarını vaxtında ala bilmədikləri üçün etiraz edirlər, şirkətdə tez-tez ölüm halları baş verir: “Qısaca xatırladaq ki, “İlk İnşaat”ın Heydər Əliyev Mərkəzinin yaxınlığında həyata keçirdiyi tikinti işləri zamanı bədbəxt hadisə qeydə alınıb. Əslən Ağdam rayonundan olan fəhlənin üstünə dəmir konstruksiya aşıb və o hadisə yerindəcə dünyasını dəyişib. Amma aidiyyəti hüquq-mühafizə orqanlarının bundan xəbəri olmayıb. Apardığımız yeni araşdırmalar isə göstərir ki, “İlk İnşaat” tikinti şirkətində çalışan fəhlə və ustaların həyatı təhlükə altındadır. Türkiyəyə məxsus olan şirkətin rəhbərliyi Əmək Məcəlləsinin müvafiq tələblərinə riayət etmir. Fəhlələr təhlükəsizlik qaydalarına riayət edilmədən işlədilir. Bunun nəticəsində şirkətin icra etdiyi tikinti layihələrində tez-tez bədbəxt hadisələr qeydə alınır. Amma bu ölüm işlərinin bir çoxunun üstü gizli saxlanılır. Şirkətin rəhbərliyi belə hadisələrin hüquq-mühafizə orqanlarına sızmasına imkan vermir”.
Ən maraqlısı odur ki, bu şirkərdə çalışan əcnəbi işçilər qanuna uyğun olaraq miqrant kimi Dövlət Miqrasiya Xidmətində qeydə alınmır, daha dorğrusu DMX rəhbərliyi buna göz yumur. Görəsən, niyə..?
Ölkə.Az saytı isə “İlk İnşaat” şirkətinin Bakının Nərimanov rayonu ərazisində tikinti apardığı ərazidə Türkiyə vətəndaşları ilə Azərbaycan vətəndaşları arasında kütləvi davanın baş verdiyi haqda məlumat yayıb.
Məlumata görə, kütləvi dava zamanı həm Türkiyə vətəndaşlarından, həm də Azərbaycan vətəndaşlarından bir neçəsi ağır xəsarət alaraq Baku City Hospitala yerləşdirilib.
Bu gün Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.az ) “İlk İnşaat” şirkətində çalışan Türkiyə vətəndaşları ilə Azərbaycan vətəndaşları arasında kütləvi davanın videoyazısı daxil olub. Yəni artıq ortada kütləvi davanı sübut edəcək ciddi fakt var. Görəsən, hüquq-mühafizə orqanları xeyli insanın xəsarət aldığı bu davanı araşdırıbmı?
DMX şirkətdə qeydiyyatsız çalışan əcnəbi vətəndaşlarla bağlı hansı tədbirlər görüb..?
Bu suallara növbəti yazıda cavab tapa biləcəksiniz…



Geri qayıt