Əsas Səhifə > Gündəm, Manşet > ŞOK İDDİA: Fikrət Məmmədov banka borcları olan vətəndaşlara qarşı qoçu dəstəsi yaradıb?

ŞOK İDDİA: Fikrət Məmmədov banka borcları olan vətəndaşlara qarşı qoçu dəstəsi yaradıb?


13-03-2015, 10:14
ŞOK İDDİA: Fikrət Məmmədov banka borcları olan vətəndaşlara qarşı qoçu dəstəsi yaradıb?
Azərbaycanda özəl banklarla bağlı problemlər kollektor agentliklərinin yaranmasına səbəb olub.
Məlumat üçün bildirək ki, kollektor agentlikləri vaxtı keçmiş borcların, problemli kreditlərin qeyri-məhkəmə yolu ilə qaytarılmasını təmin etmək üçündür. (Vikipediya)
Bu günlərdə hüquqşünas Samir İsmayılov qafqaznews.org saytına müraciət edib: “ Mənim hələki adını çəkmək istəmədiyim müştərimə “Baku Collekting Agency”nin Ramin adlı əməkdaşı zəng vuraraq bildirib ki, guya mənim müştərimin “UNIBANK”-a böyük miqdarda borcu var. Mənim müştərim isə bildirib ki, mənim həmin banka heç bir borcum yoxdur”.
Xatırlatma üçün bildirək ki, bu sətirlərin müəllifi vaxtilə “Baku Collekting Agency”-nin fəaliyyəti barədə yazıb. Beləki 12 sentyabr 2014-cü il tarixdə qafqaznews.az saytında “UNIBANK öz qoçu dəstələrindən imtina edir?” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə Sabunçu rayon sakini Həmid Nəsibovun şikayətindən bəhs edirdi: “ 09 fevral 2008-ci il tarixdə, Bakı şəhərində yaşayan qaynım mənə zəng edərək bildirmişdir ki, dostu Sahil “Mersedes Benz” markalı avtomaşın almaq istəyir. Sahilin daimi iş yeri olmadığına görə, həmin avtomaşını mənim adıma almağa gərarlaşdırmışlar. Mən Sahilin mənə verdiyi vədlərə inanaraq, razılıq verdim ki, həmin avtomaşın mənim adıma alınsın və “Unibank”-da mənim adıma girov müqaviləsi bağlanılsın. Sahil məni əmin etdi ki, vaxtı-vaxtında bankın pulları ödəniləcək və səni heç kim, heç vaxt narahat etməyəcəkdir.

Beləliklə, mən “Unibank”-a gedərək orada 09 fevral 2008-ci ildə “Girov müqaviləsi” imzalamışdım.Girov müqaviləsinə əsasən, mən , bankdan 23.800 manat məbləğində pul götürmüşdüm. Götürdüyum pulları 24 ay ərzində banka qaytarmalı idim. Bankla mənim tərəfimdən imzalanmış razılaşmaya əsasən maşının qiyməti 34.000 manat dəyərləndirilmişdir. Bundan sonra mən, Bakı şəhər sakini olan Sahilə mülki etibarnamə vermişdim. Həmin etibarnaməyə əsasən, mənim əvəzimə banka pulu Sahil aybaay ödəməli idi. Bu minvalla Sahil 2008-ci ilin fevral ayından başlayaraq vaxtı-vaxtında bankın pulunu, yəni aylıq pulunu və faizlərini ödəməyə başlamışdır. Bundan 5 ay keçdikdən sonra Sahil mənə bildirdi ki, onun idarə etdiyi maşını qaçırıblar. Maşının tapılması üçün o hüquq-mühafizə orqanlarına müraciət etdiyini də mənə bildirmişdir. Bildiyimə görə bir neçə vaxtdan sonra maşın oğruları tutularaq məhkəməyə verilmişlər. Xətai rayon məhkəməsi həmin ogrular barəsində həbs-qəti imkan tədbiri seçmişdir. Məhkəmə tərəfindən “Unibank”-a dəyən ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmuşdur. Bildiyimə görə, girovda olan “Mercedes” markalı maşın, bank tərəfindən MBASK sığorta şirkətində dərhal da sığortalanmışdır və sığorta şirkəti dəyən ziyanı tamamilə ödəmişdir”.
Şikayətçi daha sonra bildirirdi ki: “ Bundan 5 il sonra, yəni 2014-cü ilin avqust ayının əvvəllərində mənə “Baku Collekting Agency”-dən zəng olunmuşdur və bildirmişdilər ki , mənim “Unibank”-a 19.500 manat borcun qalmışdır. Agentliyin əməkdaşı Nizami İbrahimovla görüşümüzdə, ona bildirdim ki, mənim bu işdə ancaq adım gedir, mənim pullardan və onunla əlaqədar işlərdən xəbərim yoxdur. Onlara Sahil ilə əlaqə saxlamağı bildirmişdim. Onlar Sahil ilə əlaqə saxladıqdan sonra, Sahilə təklif etmişlər ki, banka olan 18.921 manat borcun 8.921 manatı bank tərəfindən bağışlanmasına nail olacaqlar. Şirkətin əməkdaşları Sahili inandırmağa çalışmışlar ki, yerdə qalan 10.000 manatın – 4.000 manatını bir həftə ərzində ödəsə, yerdə qalan 6.000 manatı 2014-cü ilin sonuna kimi ödəyə bilər və bundan sonra Nəsibov Həmidin banka heç bir öhdəliyi olmadığı barədə arayış veriləcəkdir. Cəfərov Sahil Əzizağa oğlu onların şərtləri ilə razılaşmayıb”.

ŞOK İDDİA: Fikrət Məmmədov banka borcları olan vətəndaşlara qarşı qoçu dəstəsi yaradıb?

Bir müddət sonra “Baku Collekting Agency” Həmid Nəsibova bildiriş göndərir ki, əgər banka olan borcunu ödəməsən dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunacaqsan.
Bununla kifayətlənməyən Nizami İbrahimov bildirişləri Həmid Nəsibovun yaşadığı həyətin divarlarına yapışdıraraq onu qonşular arasında biabır edib. Bütün bunlara aydınlıq gətirmək üçün “Baku Collekting Agency”-nin nümayəndəsi Nizami İbrahimovla əlaqə saxlasaq da, o, bizim suallarımıza cavab verməkdən imtina eləmişdi. Belə olan halda UNİBANK-ın nümayəndəsi Yevgeni Sultanova müraciət eləmişdik. O , isə bildirmişdi ki, müştəridən pulu almaq üçün biz heç bir kənar xidmətdən istifadə etmirik.
Samir İsmayılovun bizə müraciətindən sonra biz “Baku Collekting Agency”nin əməkdaşı Raminlə əlaqə saxlayaraq hansı əsasla “UNIBANK”-a olan borcları tələb elədiyini soruşduq. O, bildirdi ki, biz Ədliyyə Nazirliyinin əmri ilə ölkədaxili borclarla məşğuluq.
Ədliyyə nazirliyinin mətbuat xidmətindən Aydın Ağazadə isə bizə bildirdi ki: “ Bu Ədliyyə Nazirliyinə böhtandır. Biz “Baku Collekting Agency”-nə borclarala bağlı belə bir tapşırıq verməmişik”!”

Geri qayıt