Əsas Səhifə > Gündəm, Manşet > Astaralı müəllim rayonlarının nədən elektriksiz qalmasının səbəbini tapıb

Astaralı müəllim rayonlarının nədən elektriksiz qalmasının səbəbini tapıb


10-03-2015, 09:24
Astaralı müəllim rayonlarının nədən elektriksiz qalmasının səbəbini tapıb
DİA.AZ: - Bəzi məmurların laqeydliyi nəhayətdə vadar edir ki, vətəndaşlar öz qeydlərinə qalsınlar. Yəni məmurların görməli olduğu işi vətəndaş həll etməyə girişir. Elə DİA.AZ-a yazan Astara sakinləri də nədən tez-tez işıqsız, elektriksiz qalmalarının səbəbini araşdırıblar və nəticəsini redaksiyamıza yollayıblar.

DİA.AZ-a yazan Astara rayonu Ojəkəran kənd sakini,müəllim Qafur Baxşiyev bildirir ki, şəkildə gördüyünüz bu yüksək gərginlikli elektrik xəttləri Xıçəso kəndinə gedir: “Tez-tez bu xəttlərin ucbatından rayonumuzun böyük bir ərazisi saatlarla, bəzən hətta günlərlə elektriksiz qalır. Xahiş edirəm, lazımınca işıqlandırın”.

Biz işıqlandırdıq... Yəqin ki, cənab Pirverdiyev olan-qalan səlahiyyətlərini toparlayıb heç olmasa bu rpoblemin həllinə çalışacaq...

Astaralı müəllim rayonlarının nədən elektriksiz qalmasının səbəbini tapıb
Astaralı müəllim rayonlarının nədən elektriksiz qalmasının səbəbini tapıb

Geri qayıt