Əsas Səhifə > Gündəm, Manşet > KTN sistemi hələ də İsmət Abbasovun girovluğundadır - Heydər Əsədov tam səlahiyyətli deyilmiş

KTN sistemi hələ də İsmət Abbasovun girovluğundadır - Heydər Əsədov tam səlahiyyətli deyilmiş


5-03-2015, 09:17
KTN sistemi hələ də İsmət Abbasovun girovluğundadır - Heydər Əsədov tam səlahiyyətli deyilmiş
DİA.AZ: - «Kənd Təsərrüfatı Naziri Heydər Əsədov hələ də İsmət Abbasovdan qalma problemləri çözə bilmir. Buna səbəbsə onun KTN sistemində yeganə əsas səlahiyyətli sima olmamasıdır». Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə bildirib.

Xəbəri verən qaynaq iddia edir ki, İsmət Abbasov nazir postundan alınsa da, KTN-yə təsir rıçaqlarını qorumaqdadır. Mənbənin dia.az-a söylədikləri: «Diqqət yetirin, əslində Heydər Əsədov çox ciddi yeyinti və korrupsiya faktlarının üstünü açdı. Amma nə baş verdi? Hətta İsmət Abbasovun əsas pulgətirəni kimi tanınan Əli Bayramov belə mühakimə olunmadı. Doğrudur, əllərindəki pulların müəyyən qismi alındı. Amma bu, rəsmi formada baş vermədi.

Halbuki yeyilən dövlətin pulu idi. Və bu səbəbdən də İsmət Abbasovun KTN-yə təsir imkanları qorunub saxlanıldı ki, onun nazir olduğu dönəmlərdəki qanun pozuntularına görə hüquqi qiymət verilməsin. Sadəcə adamlar müflisləşdirilsin».

Bu arada məlumatı verən qaynaq dia.az-a xəbərində maraqlı bir faktı da açıqladı: «Bu gün hələ də Baytarlıq Xidmətinə Heydər Əsədov öz adamını təyin edə bilmir. Bunun səbəblərini araşdırsanız, ortaya çox dəhşətli faktlar çıxaracaqsınız».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt