Əsas Səhifə > Gündəm, Manşet > Qarabağ əlili prezdientə müraciət etdi – Ev növbəsində olsa da, ev ala bilmir

Qarabağ əlili prezdientə müraciət etdi – Ev növbəsində olsa da, ev ala bilmir


16-02-2015, 08:36
Qarabağ əlili prezdientə müraciət etdi – Ev növbəsində olsa da, ev ala bilmir
DİA.AZ: - Şəki şəhər, Təpəcənət kənd sakini 2-ci qrup Qarabağ müharibə əlili, ehtiyatda olan mayor Rəfiyev İlqar Nəzir oğlu prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan məktubda deyilir:

“Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən 2-ci qrup Qarabag əlili hal-hazırda heç bir yerdə işləmirəm, 18 il Silahlı Qüvvələrdə xdmət dövründə evlə təmin olunmamışam. Yaşamağa evim yoxdur, 4 nəfər ailə üzvlərimlə birlikdə qardaşımın himayəsində olmaqla onun evində qalıram. Qardaşımın evi kiçik olduğundan yaşayış şəraitimiz qeyri qənaətbəxşdir.

2013-cü ilin mart ayında Qarabag müharibə əlili kimi Şəki şəhərində ev qeydiyyatına götürülmüşəm. Ancaq bu günə qədər evlə təmin olunmamışam. Dəfələrlə müraciətimə baxmayaraq Qarabağ müharibə əlilinə, qazisinə biganə münasibət bəslənilir. Bu barədə mənə kömək edəcəyinizə inanıram.

Qeyd etmək istəyirəm ki, 27.03.2014-cü il tarixdə İqdisadiyyat və Sənaye Nazirliyindən cavab olaraq yazılmışdır ki, gələcək illərdə Qarabağ əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işlərin davam etdirilməsi məqsədi ilə Şəki şəhərində yaşayış binası inşa edilərkən mənzillə təmin olunmağınıza baxılacaq.

Sizin müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında verdiyiniz sərəncam aidiyyatı orqanların rəhbərləri tərəfindən icra edilməyərək qalmaqdadır, digər istiqamətlərə yönlənilməkdədir. Mənim Qarabağ əlili olaraq bu gündən sabaha yaşamaq ümidim yoxdur, yəni Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığım xəsarətlərdən ağır xəstəyəm.

Hörmətli Cənab Prezident !
Azərbaycan Respublikasının müharibə əlilləri haqında qanunların tələblərinin icra edilməsinə və mənim tez bir zamanda mənzillə təmin olunmağım barədə aidiyyatı şəxslərə ciddi göstəriş verməyinizi xahiş edirəm”.

Geri qayıt