Əsas Səhifə > Gündəm, Manşet > Zakir Fərəcov üçün həlledici məqam yetişir: Abşeronun icra başçısı nədə ittiham olunur

Zakir Fərəcov üçün həlledici məqam yetişir: Abşeronun icra başçısı nədə ittiham olunur


27-01-2015, 08:40
Zakir Fərəcov üçün həlledici məqam yetişir: Abşeronun icra başçısı nədə ittiham olunur
DİA.AZ: - «Durumu kifayət qədər gərgin olan Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı qərar verilib». Bu məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə çatdırıb.

Xatırladaq ki, Zakir Fərəcov hələ Abşeron rayon icra hakimiyyətinin keçən ilə aid xərcləmələrində külli miqdarda - 100 milyon manata yaxın həcmdə dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Bu barədə məlumatı dia.az-a etibarlı mənbələr verib. Bundan əlavə, icra başçısı rayon torpaqlarını ayrı-ayrı tikinti şirkətlərinə peşkəş edərkən böyük miqdarda rüşvət almaqda da suçlu bilinir. Ki, artıq bütün bu faktlar üzrə ciddi araşdırmalar həyata keçirilməkdədir.

Məlumatlı mənbənin dia.az-a söylədiyinə görə Abşeron RİH başçısının vəzifədən alınmasına tədarük görülür: «Yaxın günlərdə qərar elan olunacaq. Abşerona isə Prezident Administrasiyasında hazırda vəzifədə olan şəxslərdən birinin başçı gətirilməsi planlaşdırılır».

Mənbə iddia edir ki, icra başçısına cinayət işi də açıla bilər: «Konkret hədəfə çevrilməkdən yayınan Zakir Fərəcov bu gün onun üçün çalışan digər məmurlarını (onların arasında müavin olanı da var, rayonun memarı və digər vəzifələri tutanı da) qoruya bilməyəcək».

Qarşı tərəfin də münasibətini öyrənib, diqqətinizə təqdim edəcəyik.Mövzu diqqətimizdədir. Bizi izləməkdə davam edin…

Geri qayıt