Əsas Səhifə > Gündəm, Manşet > Bu il hakimiyyət iki «toxunulmaz» məmuru ilə yollarını ayıra bilər

Bu il hakimiyyət iki «toxunulmaz» məmuru ilə yollarını ayıra bilər


23-01-2015, 10:09
Bu il hakimiyyət iki «toxunulmaz» məmuru ilə yollarını ayıra bilər
DİA.AZ: - 2015-ci il bir çox rayonların icra başçıları üçün heç də uğurlu olmayabilər. Bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, ilin əsas hadisəsi məhz 10-dan artıq RİH başçısının görəvdən alınması olacaq:

Bilgili qaynağın dia.az-a söylədikləri: «Əslində bu dəyişikliklər hələ keçən ilin sonlarına planlaşdırılırdı. Yalnız Şəmkir rayonunun keçmiş icra başçısı vəzifəsindən alındı. Amma onunla bərabər daha 14 rayonun rəhbəri vəzifədən götürüləcəkdi. Bu proses bir qədər ertələndi. Bəzilərinə sərt xəbərdarlıq olundu. Lakin artıq müddət başa çatmaq üzərədir. Burada həm də qarşıdan gələn parlamenrt seçkiləri də mühüm faktor kimi çıxış edir».

Mənbə bildirir ki, paralel olaraq bir sıra nazirliklərdə də orta ranqlı məmurların işdən alınması prosesi davam edəcək: «Bu proses indinin özündə də davam edir. Əsasən rəhbərləri dəyişən nazirliklərdə bu dəyişikliklər nəzərəçarpan dərəcədə olacaq. Məsələn, kənd təsərrüfatı nazirliyində iki mühüm fiqurun vəzifədən azad edilməsi gözlənilir».

Məlumatlı mənbə dia.az-a açıqlamasında maraqlı bir məqama da toxundu: «Dəfələrlə yazılsa da, bu il əslində «toxunulmaz» hesab edinə baş nazir Artur Rəsizadənin və Bakı meriyasının rəhbəri Hacıbala Abutalıbovun karyeralarının bitməsi ilə də yadda qala bilər. Hələlik bu istiqamətdə iş aparılmasa da, iqtidara aid kuluarlarda müzakirələr var».


Geri qayıt