Əsas Səhifə > Gündəm, Manşet > "Əgər mən intihar edərəmsə, bunun məsuliyyəti Etibar Pirverdiyevin üzərinə düşəcək"

"Əgər mən intihar edərəmsə, bunun məsuliyyəti Etibar Pirverdiyevin üzərinə düşəcək"


12-01-2015, 08:44
"Əgər mən intihar edərəmsə, bunun məsuliyyəti Etibar Pirverdiyevin üzərinə düşəcək"
DİA.AZ: - Redaksiyamıza 2- ci qrup Qarabağ Müharibəsi əlili Həşimov Eldəniz Yaşar oğlu tərəfindən aşağıdakı məzmunda şikayət məktubu daxil olub. DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən üzləşdiyim qanunsuzluqdan, süründürməçilikdən bezib cana doymuşam, əgər buna görə intihar etsəm bunun məsuliyyəti "Azərenerji" ASC-nin Prezidenti Etibar Pirverdiyevin üzərinə düşəcək. Vətənini, torpağını, xalqını sevən hər bir Azərbaycan vətəndaşından, vicdanlı insanlardan mənə yaxından kömək etməyi xahiş edirəm.
Mən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub əlil olmuşam. Buna görə fəxr edirəm, qürur duyuram.Vətənimə, elimə-obama canım qurban. Ancaq bəzi vətənin torpaqlarının azadlığını yox, başqasının qanunu torpağını satıb mənimsəməyi düşünən saxtakar vəzifəli şəxslər var ki, 1 ildən çoxdur mənə zülm verirlər. Belə ki, Bakı şəhəri Binəqədi bələdiyyəsindən 20 sentyabr 2007-ci il tarixli 561 saylı qərarı ilə 600 kvadrat metr ölçüdə fərdi mənzil tikintisi üçün torpaq sahəsi aldım. Həmin torpaq sahəmin təxminən 50 metrliyində möhtəşəm villalar var ki, onların 3 metrliyindən yüksək gərginlikli elektrik xətti keçirdi. Həmin villaların sahbləri küllü miqdarda pul verib elektrik xəttinin yerini qanunsuz olaraq dəyişdirtdirərək 50 metr qarşı tərəfə mənim torpaq sahəmin üzərinə yerləşdirmişdilər. Sizə təqdim etdiyim fotolarda tam aydın görünür yüksək gərginlikli elektirik xəttinin əvvəlki yeri, yerdəyişmə vaxtı ( yerə aşırdılmış böyük elektirik dirəyi ) mənə məxsus torpağın üzərindəki hazırki şəkili. Bütün proseslərin fotosunu çəkmişik. Bu qanunsuzluğu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev özünün şəxsən tapşırığı ilə ediblər. Çünki həmin villaların sahibləri buna görə 1000.000 ( bir milyon) manat pulu Etibar Oirverdiyevə veriblər. Mənim çoxsaylı şikayətlərimdən sonra Abşeron Regional Elektirik Şəbəkəsi tərəfindən başdansovdu araşdırma aparıb mənə əsassız cavab vermişdilər ki, guya yüksək gərginlikli elektirik xəttinin yerini dəyişəndə Reyestr Xidmətindən cavab alınıb ki, həmin ərazidə mülkiyyət yoxdur. Ancaq əslində bu yerdəyişməni etməzdən əvvəl həmin ərazi üzrə bələdiyyədən, Torpaq və Xəritəçəkmə Komitəsinin Binəqədi rayon şöbəsindən qanuni qaydada öyrənilməli idi ki, bu ərazidə kimə məxsus mülkiyyət var.Verilən 1000.000 manat rüşvətə görə mənim torpağımı Etibar Pirverdiyev qanunsuz olaraq zəbt etmişdir. Qanunlara riayət etməsə də azından Qarabağ müharibəsi əlili olmağıma, keçdiyim döyüş yoluna hörmət qoyardın, ay cənab Etibar Pirverdiyev. Siz pulu, var-dövləti sevib qanunsuz əməllərlə məşğul olduğunuz kimi, mən də vətənimi canım qədər sevirəm və vətən torpağının azadlığı uğrunda canımdan keçməyə həmişə hazıram. Düz bir ildir ki, süründürməçiliyə məruz qalmışam. Artıq cana doyub-bezmişəm. Belə olur ki, Qarabağ Müharibəsi əlilləri intihara əl atırlar. Saxtakar, rüşvətxor məmurlar qanunsuz, özbaşına əməlləri ilə insanları özünü öldürmə həddinə çatdırırlar. Mən "Azərenerji" ASC-nin Prezidenti Etibar Pirverdiyevin qaunsuz əməli barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, cənab Ramiz Mehdiyevə, Baş Prokuror cənab Zakir Qaralova, Milli Təhlükəsizlik Naziri cənab Eldar Mahmudova, Ombudsman xanım Elmira Süleymanovaya və sairə aidiyyatı orqanlara ərizə ilə müraciət edib mənə kömək etmələrini xahiş etmişəm. Əgər mənim qanunu torpağım özümə qaytarılmasa və yaxud eyni ölçüdə mənə başqa ərazidən torpaq sahəsi verilməzsə mən özümü yandırıb intihar edəcəyəm. Qaradan artıq rəng olmaz. Mətbuat vasitəsi ilə də Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm 1000.000 manat rüşvət hesabına torpaq sahəmi zəbt etmiş "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin barəsində qanunu tədbirlər görəsiniz, mənim torpaq sahəmin özümə qaytarılmasına və yaxud da başqa ərazidə torpaq sahəsinin verilməsinə kömək edəsiniz. Etibar Pirverdiyev küllü miqdarda rüşvətə görə mənim torpağımı zəbt edib, mən isə vətənimi canım qədər sevirəm , vətənimin azadlığı, suverenliyi uğrunda canımdan keçməyə həmişə hazıram. İnanıram ki,Prezident cənab İlham Əliyev və Mehriban xanım Əliyeva mənə kömək edib tədbir görəcəklər. Əgər mən intihar edərəmsə, bunun məsuliyyəti birbaşa "Azərenerji" ASC-nin Prezidenti Etibar Pirverdiyevin üzərinə düşəcək".

"Əgər mən intihar edərəmsə, bunun məsuliyyəti Etibar Pirverdiyevin üzərinə düşəcək"
"Əgər mən intihar edərəmsə, bunun məsuliyyəti Etibar Pirverdiyevin üzərinə düşəcək"
"Əgər mən intihar edərəmsə, bunun məsuliyyəti Etibar Pirverdiyevin üzərinə düşəcək"
"Əgər mən intihar edərəmsə, bunun məsuliyyəti Etibar Pirverdiyevin üzərinə düşəcək"
"Əgər mən intihar edərəmsə, bunun məsuliyyəti Etibar Pirverdiyevin üzərinə düşəcək"
"Əgər mən intihar edərəmsə, bunun məsuliyyəti Etibar Pirverdiyevin üzərinə düşəcək"
Geri qayıt