Əsas Səhifə > Gündəm, Manşet > Daha bir məmur DYP əməkdaşlarının reydi zamanı sərxoş vəziyyətdə yaxalandı

Daha bir məmur DYP əməkdaşlarının reydi zamanı sərxoş vəziyyətdə yaxalandı


20-12-2014, 11:35
Daha bir məmur DYP əməkdaşlarının reydi zamanı sərxoş vəziyyətdə yaxalandı
DİA.AZ: - Məlum olduğu kimi, son vaxtlar ayrı-ayrı məmurların, məmur yaxınlarının yol hərəkəti qaydalarını şəxsən pozmaları sanki bir ənənə halını alıb. Elə gün olmur ki, bu qəbildən hansısa informasiyaya rast gəlinməsin.

Elə DİA.AZ-a daxil olan məlumatda da qeyd olunan məqam öz kəsini tapıb. Belə ki, Neftçala sakinlərinin redaksiyamıza bildirdiklərindən anlaşılana görə, dünən onların rayonunda da Dövlət Yol Polisi əməkdaşları reyd keçiriblər və bu zaman yerli məmurlardan biri də qanunu pozması səbəbindən cəzalandırılıb.

Sakinlərin dia.az-a bildirdiyinə görə, Neftçala rayon Su İdarəsinin müdiri Tağıyev İntiqam DYP əməkdaşları tərəfindən saxlanılarkən sərxoş vəziyyətdə olub: «Su idarəsinin müdiri o qədər içmişdi ki, hətta DYP əməkdaşlarını da təhqir etməyə qalxıb. Ayaq üstə durra bilməyən İntiqam Tağıyevi başqa maşınla ayıltma məntəqəsinə, onun öz maşınını isə cərimə meydançasına aparıblar».

Sakinlərin sözlərinə görə, bu zaman DYP əməkdaşlarına «məni tanımırsınız, bilmirsiniz mən kiməm» deyə etiraz edən yerli məmurun bu çabalarına da əhəmiyyət verilməyib.

Geri qayıt