Əsas Səhifə > Gündəm, Manşet > Arzu Rəhimov üçün fələyin çərxi yenidən tərs döndü

Arzu Rəhimov üçün fələyin çərxi yenidən tərs döndü


19-12-2014, 09:33
Arzu Rəhimov üçün fələyin çərxi yenidən tərs döndü
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti yaradıldıqdan sonrası ilk illərdə sistemdə xeyli “təmizləmə” işləri aparıldı, kadr dəyişiklikləri baş verdi, antikorrupsiya tədbirləri nəticəsində tutulanlar, rüşvət üstündə məsuliyyətə cəlb olunanlar oldu. Amma sonradan tədricən yenə də əvvəlki komissarlıq sistemində olduğu kimi rüşvət və başqa növ korrupsiya xarakterli qanunsuzluqlar müşahidə olunmağa başladı. Sadəcə olaraq, dəyişən yalnız qiymətlərin artması oldu.Daha bir müşahidə olunan tendensiya bundan ibarətdir ki, SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov tabeçiliyində olan struktur vahidlərinin rəhbərlərinə idarə, şöbə və bölmə rəislərinə “rüşvət alın, amma tutulsanız mənlik deyil” deyə onları taleyin ümudinə buraxıb. Beləliklə, “əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” olan xidmət rəisi özü də güvəniləsi rəhbər olmadığını ortaya qoyub. Aldığımız məlumata görə, səfərbərlik xidmətinin təminat idarəsində külli miqdarda dövlət vəsaitinin yeyintisi aşkarlanıb və bununla əlaqədar Hesablama Palatası sözügedən strukturda təftiş aparmaşa başlayıb. Arzu Rəhimov isə aşkarlanan bütün yeyinti faktları üzrə məsuliyyətdən yaxasını qırağa çəkib və hər şeyi idarə rəisi Nəsimi adlı vəzifəli şəxsin boynuna ataraq onu zərb altına qoyub.Əlbəttə, hamıya aydındır ki, Arzu Rəhimovun “izn-rüsxəti” olmadan xidmətin nə mərkəzi aparatında, nə də yerli strukturlarında heç kəs, heç nə çırpışdıra bilməz. Odur ki, Xidmət rəhbərinin belə qanunsuzluqlara görə hətta mənəvi məsuliyyətdən kənarda qalması heç bir etik çərçivəyə sığmır. Hətta “oğru dünyası”nda, mafiya qruplaşmalarında da iyerarxiya nərdivanının ayrı-ayrı pillələrində qərar tutan şəxslərə cinayətkarların bir-birinə münasibətdə korporativ məsuliyyəti vardır. Amma SHXÇDX-də sözün həqiqi mənasında “qanuni bespredel”dir.
\\ bizimdovr.az \\
Geri qayıt