Əsas Səhifə > Gündəm > Cəbhə xəttində gərginlik davam edir

Cəbhə xəttində gərginlik davam edir


9-12-2014, 10:14
Cəbhə xəttində gərginlik davam edir
DİA.AZ: - Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 57 dəfə pozulub.

DİA.AZ-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Geri qayıt