Əsas Səhifə > Gündəm, Manşet > Rüşvət verə bilməsi üçün bankdan kredit götürmək istədi, amma arzusuna çatmadı

Rüşvət verə bilməsi üçün bankdan kredit götürmək istədi, amma arzusuna çatmadı


20-11-2014, 08:46
Rüşvət verə bilməsi üçün bankdan kredit götürmək istədi, amma arzusuna çatmadı

Salyan rayon sakini Salmanov Mais Samid oğlu qarşılaşdığı haqsızlıqla bağlı infom.az-ın redaksiyasına şikayət edib.

Söylədiyinə görə ötən ayın əvvəllərində qonşusu Allahşükür adlı şəxsdən eşidib ki, onların işlədiyi idarəyə ( Azərbaycan dəmiryolu QSC –nin İnfrastruktur Deportamentinin 6-saylı müəssəsinə) yeni traktor (bulduzer) gələcək. İdarə müdiri Nizami Əfəndiyev də, həmin texnikaya sürücü axtarır:

"Bu səbəbdən mən də, zəruri sənədlərimi götürüb həmin idarəyə bir başa, Nizami müəllimin qəbuluna getdim.

Görüş zamanı müəyyən şərtlər qarşılığında həmin texnikanın mənə verilərək işə qəbul olunacağıma dair vəd verildi. Nizami müəllim, müavini olan Qağa adlı şəxsə dedi ki, məsələni təfsilatı ilə Maisə başa sal .

Qağa müəllim bildirdi ki, yeni texnika Biləcəridə bazadadır. Gedib özün gətirməlisən, gətirəndən sonra da, Nizami müəllimə 2-min manat şirinlik verməlisən.

Mən də, ailəli işsiz olduğumdan çarəsiz qalıb, deyilənlərlə razılaşdım. Elə Qağa müəllimin özü ilə Biləcəriyə bir-iki dəfə getməli olduq. Nəhayət texnikanı götürdüm. Amma onu yük maşınına qoyub Salyan rayonuna gətirmək üçün, məndən orada yol haqqı 500-manat istədilər.

Pulum az olduğundan, traktoru bazadan rayona sürərək 11 saata apardım. Həmin gün 120-manata qədər, bazadan rayona qədər yol xərcim çıxdı.

Texnikanı idarəyə təhvil verdim. Qağa müəllim dedi ki, get 2-min manatı gətir. Nizami müəllim işə qəbulun barədə əmr versin.

Pulum olmadığından "Access bank"a kredit almaq üçün, müraciət etdim. Sənədləşmə işləri 10-15 gün yubandığından, idarədən mənə bildirdilər ki, "sən artıq gecikdin". Nizami müəllim daha sanballı işçi tapıb. Və ondan 3-min manat alıb texnikanı da, ona verəcək.

Bütün ümidlərim puç oldu. Adam min manata görə mənim ay yarımda çəkdiyim əziyyəti də qiymətləndirmədi. Və traktoru başqasına verdi.

On gündür məsələni aydınlaşdırmaq üçün, Nizami müəllimi axtarıram, məni qəbul etmir. Qağa müəllimlə görüşüb aidiyyatı üzrə şikayətçi olacağımı deyəndə də, dedi ki, "get kimə istəyirsən de"...

Nizami müəllim arxalı biridir, dedi: "Kimsə ona gözün üstə qaşın var deməyəcək". O, mənə texnikanı rayona gətirdiyim gün xərclədiyim 120-manatı və sənədləri qaytardı və dedi ki, müdir yollayıb: "Ağılı ol, səsini də çıxarma".

Adi taraktorçu olub, idarə üçün nökərçiliyimə məndən 2-min manat istəyən Nizami müəllimin sonda dövlətimizin vəsaiti hesabına alınan texnikanı başqa birisinə 3-min manata satması həqiqətən də biabrçlıqdır.

Mən sadəcə kasıb imkansız biri olduğumdan, yalnız dövlətimizə onun səxavətli rəhbər şəxslərinə inanaraq ümid edirəm ki haqq səsimi eşidən və tədbir görən olacaq".

Əməkdaşımız baş verənlərlə bağlı Qağa müəllimin münasibətini öyrənib. O qeyd olunanları dolayısı ilə təsdiq edib. Və bildirib ki, onluq bir şey yoxdur, sadəcə Nizami Əfəndiyevin təlimatına əsasən Maislə bu söhbətləri edib. Mais pulu vaxtında müdirə çatdırmadığına görə, o da həmin texnikanı daha baha qiymətə başqa birisinə verib.

P.S Təsadüfən baş verənlərin araşdırılması zərurəti yaranarsa, qeyd olunan mübahisəli məsələ ilə əlaqədar Qağa müəllimlə Mais arasında gedən söhbətin aido yazısı, eyni zamanda şikayətçinin video yazısı aidiyatı üzrə təqdim oluna bilər. infom.az


Rüşvət verə bilməsi üçün bankdan kredit götürmək istədi, amma arzusuna çatmadı
Geri qayıt