Əsas Səhifə > Gündəm, Manşet > Sumqayıtın icra başçısını məhkəməyə verən vətəndaş şok faktları açıqladı…

Sumqayıtın icra başçısını məhkəməyə verən vətəndaş şok faktları açıqladı…


6-11-2014, 09:57
Sumqayıtın icra başçısını məhkəməyə verən vətəndaş şok faktları açıqladı…
DİA.AZ: - Redaksiyamıza Sumqayıt Dövlət Dram Teatrında çalışan Süleymanov Anar tərəfindən bir vətəndaş narahatçılığının ifadə olunduğu müraciət daxil olub. DİA.AZ-a müraciət edən Sumqayıt sakini yaşadığı şəhərdəyaşanılan “yaşıl soyqırım”dan gileylənir.

Dia.az olaraq həmin müraciəti təqdim edirik: “Sizə bildirmək istəyirəm ki, Sumqayıt şəhərinin müxtəlif yerlərində olan ağacların kütləvi qırılmasına görə, mən Sumqayıt Şəhər İcra Hakimiyyətini məhkəməyə vermişəm. Ağaclara qarşı olan bu özbaşnalıqlar o dərəcəyə çatıb ki yaşıllıqlar şəhər icra hakimiyyətinin gözü qabağında hasarlanır və kəsilir.

Eldar Əzizov Sumqayıt şəhərinə icra başçısı vəzifəsinə təyin ediləndən sonra ,bu cür qanunsuzluqlar daha da kutləvi hal alib. Ağacların kütləvi qırılması son bir il ərzində, Cəfər Cabbarlı mədəniyyət evinin yaninda, 1-ci məhəllədə, Nəsimi adina parkda, Nəriman Nərimanov küçəsində “Sumqayıt” şadlıq evinin yaninda, mərkəzi kitabxananin qarşısında və sair yerlərdə kəsilib.

Maraqlısı odur ki, Sumqayıtın yaşıl donuna zərər verən adamlar cəzalandırılmır. Misal üçün: 2012 ildə İcra Hakimiyyətinin qarşısında, şəhər parkında, hansısa bir obyekti tikmək üçün, yaşıllıqlarnan sıx olan böyük ərazi hasarlanaraq, orda olan ağaclar kəsilmək təhlükəsində qalmışdılar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu haqda xəbər verəndən sonra ekologiya işçiləri bu işi protokollaşdiriblar. Sonra mənə 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsindən məktub gəlib. Bu məktubda həmin qanunsuz işin kim tərəfindən aparılmasını müəyyənləşdirmək üçün, Sumqayıt Şəhər Polis İdarəsinə, Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə müraciət olunmuşdur. Lakin iki ildən artıq vaxt keçməsinə baxmayaraq, bu araşdırılmanın nəticəsi olmadı və mənə heç bir rəsmi cavab gəlmədi.

Çox təəcübludür ki, bu cür qanunsuzluq bizim hörmətli canab prezidentimizin ağaclarnan bağlı hamıya, xüsüsən icra başçilarlarına son xəbərdarlıq fonunda baş verir. Canab İlham Əliyev bir neçə ay bundan qabaq ciddi xəbərdarlıq etmişdir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan, şəhərdə birdənə də olsun ağac kəsilməsin. Bu mənim son xəbərdarlığımdır “ demişdir. Amma canab prezidentimizin bu sözlərinə təəsüflər olsun ki, bəzi məmurlar cox laqeyid yanaşırlar və bununla olkə başçısının imicinə xələl qətirirlər.

Sonda bir şey də demək istəyirəm. Düşmən bizim torpaqlarımızı zəbt edəndə, orda olan nadir ağacları məhv edərkən, bu hardasa başa düşüləndi, cünki bunu edən bizim vətənimizə, xalqımıza nifrət edən düşmənlərdi. Amma özümüzünkülər bu ölkədə yaşaya -yaşaya, bu cür vəhşiliklər edəndə bu ən azı təəcüb doğurur. Axı biz bu ağacların havası ilə nəfəs alırıq, bizim qələcək nəsillər də burda yaşayacaq, biz niyə özümüz özümüzə düşmən olmaliyıq? Tək prezident bu problemi həll edə bilməz, bizim hamımızdan çox şey asılıdır. Hər kəs ölkəmizin inkişafına, onun cicəklənməsi üçün nə isə eləməlidir, hamı canab prezidentimizə bu işdə dəstək olmalıdır”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Sumqayıtın icra başçısını məhkəməyə verən vətəndaş şok faktları açıqladı…
Sumqayıtın icra başçısını məhkəməyə verən vətəndaş şok faktları açıqladı…
Sumqayıtın icra başçısını məhkəməyə verən vətəndaş şok faktları açıqladı…
Sumqayıtın icra başçısını məhkəməyə verən vətəndaş şok faktları açıqladı…
Sumqayıtın icra başçısını məhkəməyə verən vətəndaş şok faktları açıqladı…
Sumqayıtın icra başçısını məhkəməyə verən vətəndaş şok faktları açıqladı…
Geri qayıt