Əsas Səhifə > Gündəm, Manşet > Keçmiş işçisi Əbülfəs Qarayevin görüşünə düşə bilnədi və prezidentə şikayət etdi

Keçmiş işçisi Əbülfəs Qarayevin görüşünə düşə bilnədi və prezidentə şikayət etdi


3-11-2014, 10:37
Keçmiş işçisi Əbülfəs Qarayevin görüşünə düşə bilnədi və prezidentə şikayət etdi
DİA.AZ: - Göygöl rayonu Üçtəpə kəndi Məmmədov Şahin Şakir oğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!
Siz tapşırığınıza əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbul edirlər. 31 oktyabr 2014-cü il tarixdə Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev Ağdam rayonunda vətəndaşları qəbul etdi. Bu olduqca müsbət haldır. Nazirlər və komitə sədrlərinin regionlarda vətəndaşları qəbul etməsi, onların problemlərini yerində dinləməsi çox vacib məsələdir. Mən də cənab Nazirə sözü olan, birisi kimi qəbuldan öncə nazirliyin Regionlarla İş sektoruna müraciət etdim ki, məni də qəbula yazın, uzaq olsa da, gəlmək istəyirəm. Regionlarla İş sektorundan mənə həmin görüşdə iştirak etməyə icazə vermədilər. Mənim cənab Nazirlə görüşüb ona öz problemlərimi deməyə imkan vermədilər. Çünki, bilirlər məni haqsız olaraq işdən azad ediblər. Mənim cənab Nazirə deyəcəklərimdən sonra, məni durduğum yerdə, heç bir xəbərdarlıq etmədən, yalnızca Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım Şərqiyyə Hümbətova mənim işdən azad edilməyimi istəyir deyə, yalançı, əsassız ifadələr əsasında işdən azad etdiklərinə görə onlarda hesab soruşulacağını bilirlər.

Hörmətli cənab Prezident!
Cənab Əbülfəs Qarayevin Ağdam rayonunda olan görüşünə yazıla bilməsəm də, bəlkə imkan tapıb cənab Nazirə heç olmasa məktub verərəm, problemimi deyərəm deyə Göygöl rayonundan Ağdama getdim. Buna məcbur idim çünki, son 5 ayda dəfələrlə Regionlarla İş sektoruna cənab Nazirin qəbulunda olmaq istədiyimi bildirmişdim. Cənab Nazirin nazirlikdə ayda bir dəfə olan qəbulunda, Xırdalan şəhərində, Zaqatala rayonunda indi isə Ağdam rayonunda olan qəbulunda iştirak etmək istədiyimi bildirsəm də, Regionlarla İş sektorunun əməkdaşları hər dəfə bu görüşlərdə iştirak edə bilməyəcəyimi bildirdilər. Sanki, mənim həmin qəbulda iştirak etməyim nə isə qeyri-adi bir hadisədir. Mən inana bilmərəm ki, həmin qəbullarda bir nəfər əlavə vətəndaşın iştirakı mümkünsüz olsun. Ağdam rayonunda olan görüşdə Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində xanım Ş. Hümbətovanın başçılığı ilə baş verən korrupsiya hallarına qarşı çıxdığma görə, ölkə Prezidentinin korrupsiyaya qarşı apardığı mübarizəyə dəstək olduğum üçün işdən azad edilməyimi cənab Nazirin də bilməsini istəyirdim. Lakin heç məktub da verə bilmədim.

Təsəvvür edin, görüşün keçiriləcəyi Ağdam Dövlət Dram Teatrına yaxınlaşmaq belə mümkün deyildi. İçəri girməyə cəhd etsəm də, icazə olmadan girə bilmərsiniz dedilər. “Məktub vermək istəyirəm” dedim, icazə vermədilər. Həmin ərazidə məndən başqa təxminən 10-a yaxın vətəndaş da cənab Nazirin qəbulunda olmaq istəyirdilər, lakin onlar da qəbula yazıla bilməmişdilər deyə, ərazidən uzaqlaşdırıldılar.

Hörmətli cənab Prezident!
Mən gördüklərimdən dəhşətə gəldim. Sizin vətəndaşlarla görüşün onların problemlərini yerlərdə dinləyin, həll edin deməyinizə baxmayaraq, həqiqətən problemi olan vətəndaşlar cənab Nazirin qəbuluna yazıla bilmirlər. Vətəndaşlar dövlət böyüklərimizdən uzaq tutulur. Regionlarla İş sektorunun əməkdaşları əslində problemi olan şəxsləri qəbula yazmırlar. Qəbula yalnız və yalnız əvvəlcədən öz rayonunda təmir-tikinti üçün vəsait ayrılmasını və digər rayonda həll oluna biləcək məsələlərlə bağlı müraciəti olanlar qəbulda iştirak edə bilirlər. Bütün bu baş verənlər Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan ardıcıl və məqsədyönlü işlərə ziyan vurur.

Bütün bunlar 31 oktyabr 2014-cü ildə öz gözlərimin qarşısında olan hadisələrdir”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…


Geri qayıt