Əsas Səhifə > Gündəm, Manşet > Hüseyn Abdullayev, Rəsul Quliyev və Elşad Abdullayev bir arada…

Hüseyn Abdullayev, Rəsul Quliyev və Elşad Abdullayev bir arada…


22-10-2014, 11:09
Hüseyn Abdullayev, Rəsul Quliyev və Elşad Abdullayev bir arada…
DİA.AZ: - Hazırda mühacir həyatı yaşayan bir neçə tanınmış azərbaycanlı yeni təşkilat yaratmaq istəyir. DİA.AZ bu barədə sosial şəbəkələrdə yer alan informasiyalara istinadən xəbər verir.

Məlumatda bildirilir ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin, tanınmış iş adamı, keçmiş millət vəkili Hüseyn Abdullayevin, keçmiş parlament sədri Rəsul Quliyevin və daha bir neçə tanınmış simanın da qatılacağı təşkilatın hədəfləri barədə heç bir əlavə məlumat verilməsə də, qeyd olunanı o olub ki, yeni təşkilat əsasən Avropa və Amerikada yaşayan azərbaycanlıları kordinasiya etəklə məşğul olacaq.

DİA.AZ bildirir ki, bu da yeni təşkilatın diaspora rolunu oynayacağı ehtimallarını artırır.

Geri qayıt