Əsas Səhifə > Gündəm, Manşet > Çeçen prezidenti interneti bağlamağı təklif edir, Azərbaycanda reaksiya nə olacaq?

Çeçen prezidenti interneti bağlamağı təklif edir, Azərbaycanda reaksiya nə olacaq?


21-10-2014, 10:44
Çeçen prezidenti interneti bağlamağı təklif edir, Azərbaycanda reaksiya nə olacaq?
DİA.AZ: - Hələ də ölkə gündəmində ayrı-ayrı radikal təmayüllü təriqətlərin yaratdığı və yarada biləcəyi problemlər aktuallıq təşkil etməkdədir. Bildirək ki, artıq dövlətin müvafiq qurumları konkret olaraq, bu gün ciddi təhlükə ünvanı hesab olunan vəhabilərə qarşı intensiv tədbirlərini görməkdədir. Bu günlərdə Suriyada, Şimali İraqda döyüşlərə qatılan 26 Azərbaycan vətəndaşının həbs edilməsi də bu qəbildən hesab oluna bilər.

Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də radikal dini qruplaşmalara qarşı bir sıra mühüm addımları ilə diqqətə gəlir.

DİA,AZ bildirir ki, bu gün konkret olaraq vəhabilər bütün bu tədbirlərə rəğmən yenə də geniş imkanlara malikdirlər. Burada söhbət həm də onların asanlıqla təbliğ olunmasından gedir.

Bildirək ki, təkcə asanlıqla təbliğ olunanı vəhabilər deyil. Eyni zamanda digər radikal təriqətlər də internetin yaratdığı imkanlardan öz maraqları naminə istifadə edirlər.

Qeyd edək ki, anoloji problem bir çox ölkələrdə var. Hətta vəziyyət o həddə çatıb ki, Çeçenistanın lideri bu gün Rusiya ərazisində internetin yayımının dayandırılmasını belə təklif edir.

“Hər evdə internet var və insanlar asanlıqla vəhhabi vaizləri dinləyib təsirə düşə bilərlər”. Bu sözləri deyən Çeçenistan Prezidenti Ramzan Kadırov internetin gənclərin təhsilinə mane olduğu üçün bağlanmasını təklif edib. Kadırov internetdən bir zamanlar insanlara təsir etmək üçün istifadə etdiklərini deyib. Onun sözlərinə görə, gənclərin dini moizələr dinləməsi artıq təhlükəyə çevrilib:

“İnternetin olmaması iqtisadiyyata mənfi təsir edəcək. Amma bu insanların bir-birlərini öldürməsini dayandıracaq. Hər evdə internet var və insanlar asanlıqla vəhhabi vaizləri dinləyib təsirə düşə bilərlər. Hətta mənim evimdə uşaqlarım da dinləyə bilərlər”.

Təbii ki, bu gün internetin bağlanması çıxış yolu deyil. Amma tədbirin görülməsi də vacibdir. Çünki Rusiyada və digər ölkələrdə olduğu kimi, Azərbaycanda da vəhabilər ayrı-ayrı sosial şəbəkələri özlərinə tərəfdar toplama vasitəsinə çeviriblər ki, bu da dövlətin qeyd olunan istiqamətdə ciddi nəzarət işlərini həyata keçirməsini vacib edir.

Dia.az-a bu barədə danışan məlumatlı mənbə bildirir ki, hazırda təkcə Azərbaycanda yerli ünvanlar tərəfindən vəhabilərin təbliği ilə məşğul olan 100-ə yaxın qruplar fəaliyyət göstərir: «Bu qruplar «Facebook»da açıq şəkildə fəaliyyətdədir. Onlar hətta əleyhlərinə, onlara qarşı sərt mövqe qoyan gedən digər «facebook» ziyarətçilərinə qarşı olduqca sərt davranır, hətta ölümlə belə təhdid edir».

Məsələn, bildirək ki, bu günlərdə Azərbaycanın yerli xəbər portallarından birinin rəhbəri vəhabilər tərəfindən «facebook»da ölümlə belə təhdid olundu. Doğrudur, bu təhdid ciddiyə alınmadı. Çünki saxta kimliklərlə «facebook»a girən həmin vəhabilər fərdi söhbətlərdən qaçmaları ilə yalnız təbliğat yolu ilə tərəfdar toplamaqda maraqlı olduqlarını nümayiş etdirdilər. Amma problemin ciddiliyi nəzərdə yayınmamalıdır.

Elə dia.az-a danışan mənbə də bunu deyir və maraqlı bir faktı da açıqlayır: «Azərbaycanda dövlət tərəfindən məhz sosial şəbəkələrdəki təxribatçıların müəyyənləşdirilməsi üçün olduqca ciddi tədbirlər həyata keçiriləcək».

Hər halda, interneti bağlamaqdansa, sərt addımların atılması daha müvafiq olanıdır…

Geri qayıt