Əsas Səhifə > Gündəm, Manşet > Əri şəhid olan əlil ana hərbçi oğlu üçün prezidentdən nəyi xahiş etdi?

Əri şəhid olan əlil ana hərbçi oğlu üçün prezidentdən nəyi xahiş etdi?


8-10-2014, 09:27
Əri şəhid olan əlil ana hərbçi oğlu üçün prezidentdən nəyi xahiş etdi?
DİA.AZ: - Bakı şəhər, Suraxanı rayon, Yeni Günəşli qəsəbəsi, “V” y/s, bina 31, mənzil 8-də yaşayan təqaüdçü, şəhid ailəsi, 2-ci qrup əlil ana Cəbrayılova Rəya Eldar qızı prezident İlham Əliyevə, bir sıra dövlət rəhbərlərinin ünvanına, habelə Daxili İşlər Naziri Ramil Usubova şikayət məktubu ilə müraciət edib. DİA.AZ-a da bir nüsxəsi daxil olan şikayət məktubunda deyilir:

“Hörmətli Prezident, cənab Ali Baş Komandan !

Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mənim həyat yoldaşım Cəbrayılov Dərdayıl Süleyman oğlu Suraxanı rayon Türkan kəndində anadan olub, Daxili İşlər Nazirliyinin nəzdində polis serjantı kimi həqiqi hərbi xidmətdə olub, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib, Ağdərə rayon Sırxəvənd istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub, şəhid olduqdan sonra 119 saylı tam orta məktəb onun adına verilib, ailədə ailə başçısı kimi bir oğlum Emin qalmışdır.

2004-cü ildə oğlum Cəbrayılov Emin Dərdayıl oğlu atasının qisasını almaq üçün hərbçi olmaq qərarına gəldi və Ümummilli Liderimiz Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul oldu, 2009-cu ildə oranı bitirdikdən sonra 6 ay ehtiyatda olan hərbi hissədə xidmət etdikdən sonra, düşmənlə həmsərhəd bölmələrə göndərildi, 5 ildən çoxdur ki, düşmənlə həmsərhəd bölgələrdə xidmət edir. Sonradan bizim yaşayış durumumuz qeyri-qənaətbəxş olduğu üçün Müdafiə Nazirinin müavini Çingiz Məmmədova müracət etdik ki, şəhid ailəsi olmağımızı, ailə başçısı olmadığı, tək oğlumun mənə baxdığı və özümün xəstə əlil olduğumu nəzərə alaraq oğlumu yaşayış yerinə yaxın hərbi hissələrdən birinə göndərilməsinə köməkdarlıq edəsiniz. Lakin həmin vaxtdan etibarən oğlumla başladılar şəxsi qərəzlilik etməyə, oğlumu incitməyə, xidmət etməsinə yol verilməməyə, tez-tez bir düşmənlə həmsərhəd hərbi hissələrdən digər düşmənlə həmsərhəd hərbi hissələrə göndərməyə başladılar.

Hətta hospitala müayinəyə göndərilir, qayıdanda müəyyən bəhanələrlə onu geçikmiş kimi qeyd edib, hərbi hissəni tərk edənlər siyahıslna salırdılar. Hal–hazırda da canını vətən yolunda fəda edən şəhid oğlu ilə ədalətsizliklə mübarizə aparılaraq incidilir. Bir neçə dəfə də Bərdə birləşməsinin komandanlığına müraciət etsəm də, müraciətimə baxılmayaraq qalmaqdadır, kömək etməkdən daha da çətin ərazilərə oğlum göndərilməkdədir.

Bizim ailə vəziyətimizin nəzərə alınmasını, şəhid ailəsi olmağımızı, ailə başçısı məhz oğlumun olmasını nəzərə alaraq oğlumun yaşayış yerinə yaxın ərazilərdən birinə göndərilməsinə köməkdarlıq edilməsi məqsədi ilə Cənab Hörmətli Prezidentimiz məcbur qalıb Sizə müraciət edirəm.

Hörmətli Prezident, cənab Ali Baş Komandan !

Sizdən xahiş edirəm ki, ratasiya qaydalarını, imtiyazlı ailə olmağımı və yuxarıda qeyd etdiklərimi nəzərə alaraq mənim oğlum ailə başçısı olduğu üçün yaşayış yerinə yaxın hərbi hissələrdən birinə (H.Əliyev adına Ali Hərbi məktəbə və ya C. Naxçıvanski adına ibtidai hərbi litseyə) xidmətini davam etdirmək üçün göndərilməsi barədə müvafiq tapşırıqlar verəsiniz”.

Geri qayıt