Əsas Səhifə > Gündəm, Manşet > Rusiya prezidenti ilə qısamüddətli danışıq zamanı əsas mövzu yenə də Qarabağ olub…
Rusiya prezidenti ilə qısamüddətli danışıq zamanı əsas mövzu yenə də Qarabağ olub…30-09-2014, 09:43 |
DİA.AZ: - Məlum olduğu kimi, dünən Rusiyanın Həştərxan şəhərində keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Bildirək ki, sayca 4-cü olan sammitdə Xəzər dənizinin statusu ilə bağlı mühüm qərarlar verilib ki, bu da nəzərlərdən yayınmamalıdır. «Amma burada önəmli olanı prezident İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin qısa müddətli görüşüdür». Bunu DİA.AZ-a deyən diplomatik qaynaq iddia edir ki, bu görüşdə təkcə Xəzər dənizinin statusu yox, həm də Qarabağ cəbhəsindəki durum da müzakirə olunub. Mənbənin dia-az.site-a bildirdiyinə görə, prezidentlərin görüşündə Ermənistanla Azərbaycan arasında müharibənin yenidən başlama ehtimalları da dartışılıb. Mənbə bildirir: «Putinlə çox ciddi bir müzakirə aparılıb. Nəticəsini gözləməliyik. Buna qədər də rəsmi Bakı Kremllə Qarabağda hərbi əməliyyatların bərpası məsələsini müzakirə edib və proses davamlı şəkildə cərəyan edir». Onu da bildirək ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edə bilməsi üçün konkret plana malikdir. Bu barədə keçən günlərdə məlumat vermişik. Plana görə, ilk başdan Daxili İşlər Nazirliyinin hərbi birləşmələri işğal olunmuş ərazilərimiz istiqamətində Xankəndindəki separatçı rejimə qarşı antiterror əməliyyatlarına başlayır. Bu əməliyyatlara isə Müdafiə Nazirliyi tərəfindən tam güclə dəstək verilir və bu da Azərbaycan dövlətinin öz sərhədləri daxilində həm də erməni vətəndaşlarının müdafiəsinə hesablanmış bir tədbir kimi təqdim olunur. Geri qayıt |