Əsas Səhifə > Gündəm > Bakıda quldurluq edən qrup ifşa edilib

Bakıda quldurluq edən qrup ifşa edilib


29-09-2014, 14:16
Bakıda quldurluq edən qrup ifşa edilib
Bakıda quldurluq etməkdə şübhəli bilinən üç nəfər tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 27-də paytaxtın Nizami rayonu Çobanzadə küçəsində şəxsiyyəti məlum olmayan 3 nəfər, Bakı şəhər sakini Şəlalə Əmirovanının 20 manatını quldurluq yolu ilə alıblar.
Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Emin Qasımov, Taleh Tahirov və Nicat Atababayev tutulublar.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdiririr.

Geri qayıt