Əsas Səhifə > Gündəm, Manşet > Göyçayın icra başçısına Prezident Administrasiyasında etiraz olunacaq
Göyçayın icra başçısına Prezident Administrasiyasında etiraz olunacaq26-09-2014, 09:56 |
DİA.AZ: - Göyçay rayonu Cəyirli kənd sakinləri tərəfindən rayon icra başçısı Mənsur Məmmədovun özbaşınalığı haqqında DİA.AZ-a şikayət məktubu daxil olub. Müraciəti olduğu kimi təqdim edirik: “Bir neçə gün bundan əvvəl mətbuatda torpaqlarımızın zəbt olunması barədə çıxışımız getdi. Qeyd etdiyimiz kimi bir ümüdümüz Prezident cənab İlham Əliyevədir. Buna görə də 29 sentyabr 2014-cü il tarixdə Prezident Administrasiyasına qəbula gedirik və inanırıq ki, bizi hansısa vəzifəli şəxslərdən biri qəbul edib dərdimizi cənab Prezidentə çatdıracaq. Uzun illərdi pay torpaqlarımız qanunsuz olaraq zəbt edildiyindən əkə bilmirik. Zəlil olub yoxsul vəziyyətə düşmüşük. Baxmayaraq ki Ali Məhkəmənin də qərarı var ki,zəbt edilmiş pay torpaqlarımız dərhal boşaldılsın.Ancaq rayon icra hakimiyyəti başçısı buna imkan vermir. Öz yaxınları tərəfindən torpaqlarımızı zəbt etdirib. Ali Məhkəmənin qərarını icra etməkdə aciz qalan Göyçay rayon İcra Qrupunun vəzifələrinin öhdəsindən gələ bilməmələri özü cinayətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsində göstərilib ki, Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Ali Məhkəmənin 06.09.2012-ci il tarixli qərarının indiyə qədər icra olunmamasına kimin məsuliyyət daşıdığı kimin həmin qərarın icrasına maneə olduğu aydındır. Bir qalır həmin əməllərin sahiblərinin qanun qarşısında cavab vermələri. Biz Prezident cənab İlham Əliyevə inanırıq və ümüd edirik ki, 29.02.2014-cü il tarixdə bizi Prezident Administrasiyasında hansısa vəzifəli şəxslərdən biri qəbul edib dərdimizi cənab Prezidentə şəxsən çatdıracaq və bizə kömək olunacaq . Ümidimiz Allaha və cənab Prezidentədir. Xahiş edirik bizə kömək edin”. İmza ; Adgözəlov Vahid Arif oğlu Quliyev Əlisəfa Bilal oğlu Feyzullayev Zülfü Abdurəhman oğlu Feyzullayev Rahim Zülfü oğlu Adgözəlov Qurban Arif oğlu" Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |