Əsas Səhifə > Gündəm, Manşet > Məsuliyyətdən qaçan Bakı Dövlət Layihə İnstitutu Eldar Əzizovu hədəfə çevirir

Məsuliyyətdən qaçan Bakı Dövlət Layihə İnstitutu Eldar Əzizovu hədəfə çevirir


20-09-2014, 11:52
Məsuliyyətdən qaçan Bakı Dövlət Layihə İnstitutu Eldar Əzizovu hədəfə çevirir
DİA.AZ: - Bakı Dövlət Layihə İnstitutu narazı sakinlərə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb. Bu barədə DİA.AZ-a neçə müddətdir ki, problemlə üzləşən vətəndaşlar deyib.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktor müavini Şakir Eyvazov Sumqayıt şəhərinin girəcəyində yerləşən 36-cı məhəllənin Sülh küçəsi və Bakı küçəsində yerləşən binaların yol tərəf hissəsində aparılan fasadlama (üzləmə) işlərinin bütün məsuliyyətinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə düşdüyünü bildirib. Ş.Eyvazovun sözlərinə görə binanın sifarişçisi İcra Hakimiyyəti olduğu üçün bütün narazılıqlar və şikayətlərə də İcra Hakimiyyəti cavabdehdir. Vətəndaşlar isə DİA.AZ-a yaşayış binalarında aparılan şüşə konstruksiyalı fasadlaşma işləri nəticəsində eyvanların tam hazır vəziyyətdəki en məsafəsinin 70-60 sm təşkil etdiyini bildirirblər.

Məsuliyyətdən qaçan Bakı Dövlət Layihə İnstitutu Eldar Əzizovu hədəfə çevirir
Məsuliyyətdən qaçan Bakı Dövlət Layihə İnstitutu Eldar Əzizovu hədəfə çevirir

Şakir Eyvazov fasadlama işləri nəticəsində narazı düşən sakinlərə Sumqayıt şəhər İcra Hakimiyyətə müraciət etməyi məsləhət görüb.

Hər halda, Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri bu kimi düşünülməmiş layihələri hazırlayan zaman ölkə baçısının vətəndaşları inciməmək ilə bağlı tapşırığını və vətəndaşın mülkiyyət toxunulmazlığını nəzərə almalı idi.

Məsuliyyətdən qaçan Bakı Dövlət Layihə İnstitutu Eldar Əzizovu hədəfə çevirir

Qeyd edək ki, bu layihənin sifarişçisi Sumqayıt şəhər İcra Hakimiyyəti, layihəni hazırlayan isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutudur (BDLİ). Layihəni hazırlayan BDLİ əsasən sakinlərin dincəlmələri və rahatlığı üçün istifadə olunan eyvanların demək olar ki, ləğv edilməsi ilə nəticələnən dizayn hazırlayıb. Dizayna görə podezdlərin pəncərələrinin tam bağlı, mətbəxlərin isə pəncərələri ciftli olmalı imiş. Nəticədə mətbəx pəncərələri qatar qapıları kimi yana siyirməli olacaq.


Məsuliyyətdən qaçan Bakı Dövlət Layihə İnstitutu Eldar Əzizovu hədəfə çevirir
Geri qayıt