Əsas Səhifə > Gündəm, Manşet > İcra başçıları bir-birinin ardından niyə Bakıya çağrılır?

İcra başçıları bir-birinin ardından niyə Bakıya çağrılır?


17-09-2014, 09:33
İcra başçıları bir-birinin ardından niyə Bakıya çağrılır?
DİA.AZ: - «İcra başçıları ilə bağlı yeni dəyişikliklərə az bir müddət qalır və ola bilsin ki, yeni ilin əvvəlinə qədər ilk addımlar atılsın». Bu məlumatı DİA.AZ-a verən Nazirlər Kabinetindəki bilgili qaynağın sözlərinə görə, artıq vəzifələrindən alınacaq icra başçılarının kimliyi bəllidir və hətta onların yerlərinə də təyin olunacaq kadrlar müəyyənləşib.

Məsələn, bildirilir ki, Xaçmaz rayon icra başçısı Şəmsəddin Xanbabayevin gedəcəyi qətiləşib. Bildirək ki, icra başçıları arasında ən yaşlısı olan Şəmsəddin Xanbabayevin 75 yaşı bu il tamam oldu və 76 yaşının ərəfəsində onun vəzifəsindən alınacağı şübhəsizdir. Mənbə iddia edir ki, onun yerinə hazırda Xaçmaz RİH-də başçının birinci müavini vəzifəsini tutan Akif Mərdanovun gətirilməsi nəzərdə tutulur. Məlumata görə, eyni qaydada vəzifələrindən alınacaq digər icra başçılarının da yerlərinə təyin ediləcək kadrlarla bağlı müəyyənlik mövcuddur.

Mənbə iddia edir ki, hədəfdə olan icra başçıları bir-bir Bakıya çağrlır. Və maraqlı orasıdır ki, onların arasında bu qəfil çağırışdan sonra xəstələnənlər də olub. Kiminin şəkəri, kiminin də qan təzyiqi qalxıb...

DİA.AZ olaraq vəzifələrindən alınacaq icra başçıları ilə bağlı geniş bir material hazırlayırıq ki, sabah günorta saatlarında həmin materialı diqqətinizə çatdıracağıq. Bildirək ki, «vurulacaq» başçıların kimlikləri açıqlanan materialda, həmçinin onların hədəfə çevrilmə nədənləri ilə bağlı da ilginc məlumatları diqqətinizə təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt